Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb


04.02.2021  11:54 

“Küçə parklanmasına görə ödəniş etməyə ehtiyac yoxdur” - BNA





A+  A-

“Parklama tariflərinin müəyyən olunması ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən təhlillər aparılıb, təkliflər hazırlanıb və hökumətə təqdim olunub. Hazırda bu məsələ ilə bağlı hökumətin cavabını gözləyirik. Təsdiqlənəndən sonra işə başlanılacaq”.
XəzərNews.az xəbər verir ki, bu barədə Xəzər TV-yə müsahibəsində Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib. O qeyd edib ki, parklanma qiyməti deyəndə küçə parklanma yerləri nəzərdə tutulur:

“Parklanma qiyməti təsdiq olunana qədər küçə parklanma yerlərindən istifadə pulsuzdur. Harada ki, parklanma yeri var, müvafiq nişan qoyulub, orada avtomobil saxlamaq ödənişsizdir. Küçə parklanmasına görə kiməsə ödəniş etməyə ehtiyac yoxdur”.

BNA rəsmisi həmçinin avtobus zolaqları ilə bağlı məsələyə də aydınlıq gətirib. O qeyd edib ki, 2017-ci ildə xüsusi hərəkət zolaqları ilə bağlı işlərə başlanılıb. Füzuli, Yusif Səfərov küçələri və Babək prospektində avtobus zolaqları təşkil olunsa da, istənilən nəticə alınmayıb: “Qismən Yusif Səfərov küçəsində bu qaydaya əməl edilirdi. Heydər Əliyev prospekti istiqamətində həmin zolaqlar kəsilirdi. Yaxşı olardı ki, bu zolaqlar dəhliz formasında olardı. Biz növbəti dəfə Nazirlər Kabineti yanında Yol Təhlükəsizlik Komissiyasına müraciət edəndə bu amili əsas götürdük. Əsas ictimai nəqliyyat dəhlizləri müəyyənləşdirildi. Q. Qarayev prospekti, M. Hadi küçəsi və Gəncə prospekti – bu dəhliz çox böyükdür. Paytaxtda daşınan sərnişinlərin dörddə biri bu dəhlizin payına düşür. 570 mindən çox sərnişin buradan keçən avtobuslardan istifadə edir. Bəzən burada da avtobus zolağında sürücülər avtobusların hərəkətinə maneə yaradırlar. Lakin biz yol polisi ilə birgə bu halların qarşısını almağa çalışırıq”.

M. Ağayev həmçinin əlavə edib ki, əsas məqsəd keyfiyyətli ictimai nəqliyyat xidməti göstərməkdir. “Avtobus parkı əsaslı şəkildə yenilənir. 2015-2019-cu illərdə Bakı şəhərinə 603 avtobus, 2020-ci ildə 115 avtobus gətirilib, 2021-ci ildə isə 320 ədəd avtobus gətiriləcək. Bu proses davamlı olaraq həyata keçiriləcək. Biz bu avtobusları gətirəndə onlar üçün rahat hərəkət mühiti də yaratmalıyıq. Agentliyin məqsədi nəqliyyatda Bakı standartı yaratmaqdır”.

Xəbər 2385 dəfə oxunub.




21.08.2024  12:52 

Sabahın havası -37 dərəcə isti

17.08.2024  15:37 

Tanınmış aktyor vəfat edib -Foto


BÜTÜN XƏBƏRLƏR +