“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı


03.08.2022  15:28 

Təxribatlar böyük hadisələrin anonsalarıdır...





A+  A-

Son günlər Ermənistanla sərhəddə və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdə erməni təxribatlarının sayı artıb. Bu gün isə rus sülhməramlıların müvəqqəti yerləşdiyi Laçın rayonu istiqamətində erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində əsgər Anar Rüstəm oğlu Kazımov şəhid olub. Bəs, erməni təxribatlarının səbəbi nədir? Separatçılar bununla nəyə nail olmaq istəyirlər?

XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Bakupost.az -a açıqlama verib.

Sabiq nazir hesab edir ki, bu təxribatlar hansısa böyük hadisələrin anonsalarıdır:

“İkinci Qarabağ müharibəsindən dərhal sonra başlayan danışıqlar və sülhə yönəlmiş addımlar son vaxtlar Ermənistan tərəfindən tam şəkildə bloklanıb. Artıq açıq bəyan etməyə başlayıblar ki, onların məqsədi Qarabağ məsələsini yeni mərhələyə gətirməkdir. Bu deməkdir ki, onlar 30 ildə olduğu kimi, Azərbaycana yenidən ərazi iddiaları irəli sürmək və anneksiya siyasətini davam etmək istəyirlər. İndiki mərhələdə görürük ki, xarici amillər də bu proseslərdə daha aktiv olmağa başlayıblar”.

T. Zülfüqarovun sözlərinə görə, Ermənistan bölgədə rus sülhməramlılarını Qərb qüvvələrinin əvəzləməsini istəyir:

“Bu proseslər nədən ibarətdir? Biz artıq görürük ki, Ukrayna-Rusiya müharibəsindən sonra bölgədə Rusiyanın mövqeləri zəifləyir. Həmişə Rusiya Ermənistana təhlükəsizlik qarantiyası verməklə, onun işğalçı siyasətini dəstəkləyib. Amma indiki mərhələdə Rusiyanın imkanları daralıb. Ehtimallar var ki, bölgədə Rusiyanın hərbi-siyasi nüfuzu kəskin şəkildə azalacaq. Bu ərəfədə Ermənistan siyasətçiləri yaxşı başa düşür ki, Rusiya burada zəifləsə, Azərbaycan-Türkiyə tandemi bölgədə dominant güc olacaq. Onlar məcbur olacaqlar ki, bu dominant gücə tabe olsunlar. Bundan ehtiyat edir və istəyirlər ki, Rusiyanı burada hansısa Qərb qüvvələri əvəz etsin. "Qərb qüvvələri" dedikdə hansısa ölkə və təşkilatların müşahidəçiləri, yaxud sülhməramlılarının rusları əvəz etməsi nəzərdə tutulur. Buna nail olmaq üçün silsilə təxribatlara əl atırlar".

Politoloq münaqişənin yeni mərhələsinin başladığını diqqətə çatdırıb:

“Münaqişənin yeni mərhələsinin gəlməsinə baxmayaraq, Azərbaycan hazırlıqlı və güclü vəziyyətdədir. Düşmənlərimiz hələ də imkan vermir ki, bölgədə sülh bərqərar olunsun. Son vaxtlar Ermənistana ard-arda müxtəlif səviyyələrdə səfərlər baş verir, telefon zəngləri olur. O cümlədən Rusiya tərəfindən zənglər artıb. Bu bir növ onlar arasında gərginliyin olmasına işarədir. Əvəzləmək prosesi isə bir qədər fərqlidir. Bəlkə də hansısa beynəlxalq təşkilatın adı altında, yaxud sülhməramlılar şəklində Qərbdən hansısa qüvvələr buraya yerləşdirilə bilər. Bir məsələni nəzərə almalıyıq ki, Rusiya zəifləyir. Amma eyni zamanda digər bir proses gedir. Yəni, sanksiyalar altında olan Rusiya Zəngəzur dəhlizində çox maraqlıdır. Bu dəhlizlə onun imkanı olacaq ki, həm İran, həm də Türkiyə ilə iqtisadi əlaqələri davam etdirsin. Yəni, burada gedən prosesləri böyük prosesin bir hissəsi hesab etməliyik. Rusiya-Qərb, Çin-Qərb kimi mürəkkəb proseslərin bu və ya digər şəkildə bu bölgəyə təsiri istisna olunmur. Biz bu hadisələrə demək olar ki, hazırıq. Çünki Azərbaycan-Türkiyə müttəfiqliyi bizə imkan verir ki, bu məsələlərdə biz daha da sığortalanmış vəziyyətdə olaq” .

Xəbər 1594 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.10.2024  18:22 

Sabah bu ərazilərdə su olmayacaq

01.10.2024  09:10 

“XəzərNews.az” 10 yaşında

27.09.2024  15:31 

Millimiz Ermənistanı məğlub etdi


BÜTÜN XƏBƏRLƏR +