Hikmət Hacıyev Patrik Prior ilə görüşüb
ABŞ səfirliyi İranı necə tələyə saldı? - TƏHLİL
Prezident Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edib -Fotolar
Mehriban Əliyeva İtaliyadan paylaşım edib -Foto
Prezident Klaudio Deskalzi ilə görüşüb -Foto
Ramiz Mehdiyevin qızı illərlə gözlədi - İndi pulun yarısını istəyir
“Sionist İsrail və Şeytan Amerika“ İranı necə xilas etdi?
Özlərini Neftçalada batıranlar... -Vəfa nağılı bitdi
Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ


13.05.2023  18:20 

Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu təsis olundu - Fotolar





A+  A-

Mayın 13-də İsveçin paytaxtı Stokholm şəhərində, Radisson otelində Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) təsis toplantısı keçirilib.

Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun Media və Kommunikasiya Departamentindən XəzərNews.az-a verilən məlumata görə, toplantıda dünyanın bir çox ölkələrindən - İsveç, Almaniya, Türkiyə, Hollandiya, Böyük Britaniya, Norveç, İtaliya, Kanada, Ukrayna və Polşanın tanınmış azərbaycanlı diaspor rəhbərləri, iş adamları, ictimai xadimlər iştirak edib.

Toplantıya həmçinin Avstriya, BƏƏ, Monteneqro, Qazaxıstan, Almaniya, Kanada, Gürcüstan, Estoniya, ABŞ və Seneqaldan olan azərbaycanlı diaspor nümayəndələri və iş adamları onlayn qoşularaq layihədə iştiraklarını təsdiq ediblər.

Toplantıda Fondun 21 nəfərdən ibarət İdarə Heyəti formalaşıb, Katiblik institutu, Layihələr, Media və kommunikasiya departamentləri təsis edilib. Azərbaycan və ingilis dillərində internet resursun, sosial şəbəkələrdə (facebook, insagram, tvitter, teleqram) rəsmi səhifələrin yaradılması qərara alınıb, Fondun loqosu təsdiqlənib.

Təsis toplantısında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov DABF-nun Baş katibi seçilib.

O, qeyd edib ki, ilkin olaraq yaxın bir ay ərzində Azərbaycanda fəaliyyət göstərən seçilmiş gənc jurnalistlərin Avropanın inkişaf etmiş ölkələrində 6 ay və yaxud da 1 illik təcrübə keçmələri ilə üçün konkret addımlar atılacaq. Məqsəd ölkəmizə qarşı aparılan informasiya savaşında Azərbaycanın haqlı mövqeyini peşəkar səviyyədə müdafiə etməkdir.

“Seçiləcək jurnalistlərin təhsil və yaşam xərcləri Fond tərəfindən qarşılanacaq” – deyə Baş katib qeyd edib.

Toplantıda həmçinin Azərbaycana maraq göstərən xarici tələbələrin, blogerlərin və jurnalistlərin, tanınmış ictimai-siyasi xadimlərin, parlamentarilərin ölkəmizə səfərlərinin təşkili müzakirə edilib.

Təəssüflə qeyd olunub ki, xaricdə yaşayan azərbaycanlıların sözdə deyil, əməldə təşkilatlanması və konkret layihələrlə çıxış etmələri istiqamətində ciddi boşluqlar var. Xüsusən də indiki zamanda erməni vəhşilikləri, 44 günlük Vətən müharibəsinin səbəbləri və nəticələri təkcə Azərbaycan dövləti deyil, həm də diaspor təşkilatları tərəfindən beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır.

Əlavə olunub ki, Fond fəaliyyəti dövründə Azərbaycan dövlətinin diaspor siyasətini əsas götürəcək.

Toplantıda həmçinin dünyada yaşayan azərbaycanlıların, xüsusən də Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın pozulmuş hüquqlarının beynəlxalq ictimaiyyətə çatdırıması yolları müzakirə olunub.

Toplantıda növbəti tədbirin cari ilin noyabrında Böyük Britaniyanın paytaxtı London şəhərində keçirilməsi qərara alınıb.













Xəbər 3195 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.09.2024  14:57 

Hidayət Elvüsal vəfat edib -Foto

08.09.2024  11:33 

Gəncədə zəlzələ olub

03.09.2024  18:40 

Mirça Coane istefa verəcək


BÜTÜN XƏBƏRLƏR +