Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb


04.01.2022  14:06 

Parlament tərif yeri deyil...





A+  A-

Milli Məclis 2021-ci ilin payız sessiyasında hansı qiyməti aldı? Obyektiv meyarlarla, hakimiyyət qollarının səlahiyyət bölgüsü kontekstində məsələyə yanaşanda deyə bilərik ki, bəli, parlament prosedurları icra edib.

Ancaq keyfiyyət olaraq fəaliyyətinə dair aydın qiymət vermək bir qədər çətindir.

Parlamentin fəaliyyətinin dəyərləndirilməsi üçün indikatorlardan biri də cəmiyyətin baxış bucağıdır. Axı, parlament seçkili orqandır, xalqın seçdiyi nümayəndələr Milli Məclisin kreslolarından əyləşiblər.

Bəs ali qanunverici orqan cəmiyyətin parametrləri ilə yanaşanda müsbət qiymət aldımı? Buna birmənalı olaraq “yox” cavabı verə bilərik.

Təbii ki, bəzən cəmiyyət parlamentə yeri gəldi-gəlmədi ittiham səsləndirir, hansısa deputatın fikirlərinin ictimai fikir xaosu yaradacaq səviyyədə kontekstdən çıxarılaraq təqdim edilməsinin təsiri altında haray çəkir.

Biz bunun analizini aparmayacağıq - kim təqsirkardır, kim dezinformasiyalarda maraqlıdır və sair.

Ümumi tablo isə bunu deyir: Cəmiyyətin Milli Məclis barədə təsəvvürləri heç də müsbətə doğru dəyişməyib.

Təsəvvür edin, qarmaqarışıq və ziddiyyətli informasiyalar axınında hansısa deputat xalqın faydasına olan bir açıqlama verdikdə belə, hədəfə gəlir, ona qarşı kəskin mövqe sərgilənir.

Səbəb nə olursa-olsun, biz fikirlərimizi tirajlanmış və kampaniya xarakteri alan ictimai mövqe əsasında qurmayacağıq.

Yuxarıda yazdıqlarımız isə sadəcə parlamentə qarşı münasibətin ümumi nəticəsidir.

Qarşıda parlamentin 2022-ci il yaz sessiyası olacaq, bu sessiya belə demək mümkündürsə, parlamentin hökuməti mühakimə edəcəyi perioddur.

Yəni:

1. Nazirlər Kabinetinin 2021-ci il üzrə hesabatı dinləniləcək,

2. Ombudsmanın məruzəsi təqdim ediləcək,

3. Bələdiyyələrin fəaliyyətinə dair hesabat dinləniləcək,

4. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun məruzəsi dinləniləcək,

5. 2021-ci ilin dövlət büdcəsinin icrasına dair hesabat deputatların süzgəcindən keçiriləcək.

Hesablama Palatası isə Milli Məclisin büdcə üzərində təftişedici nəzarətini keçirən ali audit orqanı kimi özünün rəylərini və hesabatlarını təqdim edəcək.

Yaz sessiyası gərgin keçəcək, yəni o mənada ki, deputatlar, daha doğrusu bir neçə deputat hesabatları oxuyacaq, rəqəmləri müqayisə edəcək.

Digərləri isə ya o sənədləri oxumayacaq, oxumadan təqdir edəcək, ya da oxuyub tərif yağdırmağı özlərinə borc biləcəklər.

Əslində isə parlament tərif yeri deyil, Milli Məclis sosial sifarişlərin hökumət üzərində mühakiməedici funksiyasını təsbit edən platformadır.

Təriflərlə isə mümkün deyil. Hörmətli deputatlar, tərif yağdıran vərdişlərinizi kənara atıb düzgün şəkildə qanunvericiliyin sizə tanıdığı formada hökumət üzərində nəzarətinizi təmin etməlisiniz.

Başa düşürük, mentalitetin bizə aşıladığı bir tezis də budur ki, tanıdığın, münasibətin olduğun insan haqqında tənqidi fikir bildirməyək. Onu da bilirik ki, hansısa deputatın icraedici hakimiyyətin nümayəndələri ilə isti münasibətləri var, amma siz məsələyə şəxsi müstəvidə yanaşmayın, qurumun fəaliyyətini təftiş edin.

Qış tətilindən qayıtdıqdan sonra hörmətli deputatları daha aktiv işləməyə çağırırıq.

Bu, həm də sosial çağırışdır...

Aqşin Kərimov
XəzərNews.az


Xəbər 5119 dəfə oxunub.




11.10.2024  14:46 

İraqdakı Azərbaycan: Türkmanlar

10.10.2024  18:17 

Elza Rozanı məhkəməyə verib

10.10.2024  12:14 

Tramp debatdan imtina edib


BÜTÜN XƏBƏRLƏR +