02.02.2017 10:43
2016-cı ildə Azərbaycanda orta illik inflyasiya Avropadan 10,8 dəfə çox olub.
XəzərNews.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, inflyasiya 12,4% təşkil edibsə, Avropa zonasında bu rəqəm cəmi 1,14%-dir.
Ərzaq üzrə inflyasiya 13,3 dəfə çox olub. Komitənin məlumatına görə, Azərbaycanda ərzaq məhsulları 14,7% bahalaşıb, Avropa statistikası isə Avropada bir faizlik inflyasiya olduğunu deyir.
Turan agentliyinin hesablamalarına görə isə 2016-cı ildə istehlak səbətində 30 növ əsas ərzaq məhsulu üzrə qiymət artımı 18% təşkil edib, ən mühüm məhsullar üzrə isə qiymətlər 22%-dən 100%-ə qədər qalxıb.
Mal əti 42,8%, qoyun əti 22,2%, toyuq əti 25,9%, kərə yağı 42,1%, qarğıdalı yağı 44%, marqarin 33,3%, yumurta 30,7%, şəkər tozu 66,6%, qənd 33,3%, duz 28,5%, düyü 38%, xama 22,2%, kartof 33,3%, baş soğan 30%, xiyar 100%, pomidor 94,4% bahalaşıb.
Avropa İttifaqında inflyasiyanın səviyyəsi son 20 ildə illik 2% həddində dəyişir. Ən yüksək artış 2007-ci ildə qeydə alınıb – 3,2%.
2016-cı ildə Avropa zonası inflyasiya səviyyəsinə görə Yunanıstan, Yaponiya və Fransadan sonra dünyada dördüncü yeri tutur.
|
08.08.2024 20:59
08.08.2024 16:28
08.08.2024 16:12
08.08.2024 16:00
08.08.2024 15:55
07.08.2024 18:54
07.08.2024 18:20
07.08.2024 17:21
07.08.2024 15:58
07.08.2024 11:23
07.08.2024 11:13
07.08.2024 11:03
07.08.2024 09:01
06.08.2024 16:54
06.08.2024 15:38
06.08.2024 13:02
06.08.2024 12:52
06.08.2024 10:31
05.08.2024 21:32
05.08.2024 18:50
05.08.2024 18:06
Türkiyə “bitib-tükənməz bənzərsiz təcrübələr” diyarı -FOTOLAR
05.08.2024 17:59
05.08.2024 17:55
05.08.2024 17:37
05.08.2024 17:30
05.08.2024 17:25
05.08.2024 12:54
05.08.2024 11:20
04.08.2024 22:53
03.08.2024 19:07
03.08.2024 18:58
03.08.2024 18:54