Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb


03.11.2017  15:32 

“Qoca”nın anası DANIŞDI: “Fədayə bizim evdə ...”





A+  A-

Bakıda keçirilən xüsusi əməliyyat zamanı ölən Qoca ləqəbli kriminal avtoritet Etibar Məmmədovun yas çadırı qurulub.
XəzərNews.az Teleqraf.com-a istinadən xəbər verir ki, hələlik Qocanın cənazəsi ailəsinə təhvil verilməyib.

Anası bildirib ki, onun dəfn mərasiminə hazırlıq görülür, yas çadırı qurulub və mərhumun yaxınları Etibar Məməmdovun nəşinin təhvil verilməsini gözləyirlər.

Qocanın anası Svetlana Məmmədova bildirib ki, 5 övladı olub:


“4 oğlum, 1 qızım vardı. Qızım rəhmətə getmişdi. Etibar da belə oldu. İki oğlum həbsdədir. Digər oğlumla birgə yaşayıram. Övladlarımın ən kiçiyi Etibar idi. Ən sevimli övladım idi. Uşaqlığı yaxşı keçib. İlk dəfə 16 yaşında həbsə düşdü. Kərbala ziyarətində olub. Qəzəllər yazırdı. İki kitabı çıxıb: “Mirvari damlalar” və “Gözlədiyim illər”. Daha bir kitabı çapa hazırlanırdı”.

Svetlana Məmmədova Qocanın müğənni Fədayə Laçınla münasibətlərindən də danışıb:

“Onlar dost idilər. Fədayə bir dəfə bizim evdə olub. Hacıqabula toya gəlmişdi, sonra da Etibarla görüşmək üçün bizə gəldi”.

Xəbər 3546 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.08.2024  12:52 

Sabahın havası -37 dərəcə isti

17.08.2024  15:37 

Tanınmış aktyor vəfat edib -Foto


BÜTÜN XƏBƏRLƏR +