Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb


01.06.2020  12:21 

Bu şagirdlər qəbul imtahanına buraxılmayacaq





A+  A-

“Ətrafında koronavirusa yoluxmuş adam olan şagird qəbul imtahanına buraxılmayacaq”.
XəzərNews.az-ın verdiyi xəbərə görə, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə ailə üzvlərindən biri koronavirusa yoluxmuş şagirdlərin imtahana buraxılıb-buraxılmaması haqda danışarkən deyib.

M.Abbaszadə bildirib ki, imtahana gələn şəxslər bəyənnamə verməlidirlər ki, onların ailə üzvləri arasında son 15 gündə koronavirusa yoluxmuş şəxs yoxdur: “Ailə üzvləri arasında koronavirusa yoluxmuş şəxslər üçün sentyabr ayında təkrar buraxılış imtahanı keçiriləcək. Lakin həmin şəxslər ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak edə bilməyəcəklər. Onlar ali məktəbə qəbul olmaq istəyirlər, amma ətrafdakı insanların sağlamlığı da nəzərə alınmalıdır. Biz onların istəklərini yox, insanların sağlamlığını qorumalıyıq. Təkcə, onların istəyini nəzərə almamalıyıq. Onlar bu il ali məktəbə qəbul ola bilməyəcəklər. Sadəcə buraxılış imtahanında iştirak edib attestat alacaqlar”.

Xəbər 3524 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.08.2024  14:04 

Bu gün Ukraynada Bayraq Günüdür

21.08.2024  12:52 

Sabahın havası -37 dərəcə isti

17.08.2024  15:37 

Tanınmış aktyor vəfat edib -Foto


BÜTÜN XƏBƏRLƏR +