Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib


11.03.2020  13:17 

““Hökumətin və Mərkəzi Bankın “B“ planı var“ - Elman Rüstəmov





A+  A-

"Əhaliyə vaxtında xidmət göstərməkdə problem var"​
​"Valyutanın çatışmaması deyil, bankların xidməti çatdırmamaları problemi var".

XəzərNews.az xəbər verir ki, bunu jurnalistlərə Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.

"Mən xüsusi qeyd etmək istəyirəm ki, banklar tərəfindən aparılan əməliyyatların həcmi 10 dəfədən çox artıb. Yəni əhaliyə vaxtında xidmət göstərmək problemi var. Bu problem var, valyutanın çatışmaması problemi yoxdur",- Elman Rüstəmov söyləyib.

Mərkəzi Bankın sədri əlavə edib ki, banklar dünən valyuta hərracında aldıqları vəsaiti əhaliyə tam sata bilməyiblər:

"Dünən və bu gün bankların tələbləri hərracda tam şəkildə ödənilib. Bu gün bütün banklarda əhalinin ala bilməsi üçün vəsait var. Ola bilər, müəyyən banklarda kifayət qədər resurslar olmasın, onlar bir-birinə kömək edirlər. Banklar dünən satdığımız valyutanın hamısını reallaşdıra bilmədilər".

Elman Rüstəmov əhalini sakitliyə çağırıb:

"Mən əhalimizi sakitliyə çağırmaq istəyirəm. Hökümətin, Mərkəzi Bankın gördüyü tədbirlərə əsasən deyə bilərəm ki, biz bunu çox təmkinli, tam hazırlıqlı şəkildə qarşılayırıq. Ölkənin problemini layiqli qarşılamaq üçün bizim kifayət qədər imkanımız var. Dünən hökumətin açıqlamasında deyildi ki, hökumətin və Mərkəzi Bankın "B" planı var. Bu “B” planı məhz neftin bu qiyməti, yəni 30-35 ABŞ dollara enməsinə hazırlanıb. Faktiki olaraq, indi bu planla hökumət fəaliyyət göstərir və biz bu problemi tez bir zamanda həll etmək əzmindəyik. Əhaliyə çağırışımız ondan ibarətdir ki, onlar hərəkətləri ilə bizə köməkçi ola bilərlər ki, biz bu problemi daha tez həll edək",- Elman Rüstəmov əlavə edib.

Xəbər 1507 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ


BÜTÜN XƏBƏRLƏR +