Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb


26.08.2019  08:43 

“Google”da axtarış zamanı işinizi asanlaşdıracaq 15 funksiya





A+  A-

Google-da axtarış zamanı işinizi asanlaşdıracaq 15 funksiya

1. Google axtarışından çıxarmaq

Axtarış nəticələrindən bir söz, ifadə, simvol və s. çıxarmaq istəyirsinizsə, "-" işarəsindən istifadə edin. Məsələn: "pulsuz hosting – .az” yazın və axtarış nəticələrində bir dənə də olsun pulsuz hosting görməyəcəksiniz.

2. Qeyri-müəyyən axtarış

Əgər açar sözləri müəyyən etməkdə çətinlik çəkirsinizsə, "*” operatorundan istifadə edə bilərsiniz. Məsələn, "ən yaxşı şəkil redaktoru *” ifadəsi sizin üçün rəqəmsal, raster, vektor və digər şəkillər üçün redaktorları tapmağa kömək edəcəkdir.

3. Variantlar arasında seçim

"|” operatorundan istifadə edərək, Google-un axtarış sətrində bir neçə sözü əvəz edərək axtarış edə bilərsiniz. Məsələn, "qələm kabrosu | almaq” ifadəsi bizə ya "qələm almaq”, ya da "kabro almaq” kimi nəticələr verəcək.

4. Sözlərin mənası

Bu və ya digər sözün mənasını öyrənmək üçün axtarış sətrinə "define:” və mənasını öyrənmək istədiyiniz sözü yazmağınız kifayət edir.

5. Axtarılan informasiyanın nəticələrlə üst-üstə düşməsi

Əgər nəticələrin daha dəqiq olmasını istəyirsinizsə, açar sözləri dırnaq içərisinə alın.

6. Müəyyən bir sayt üzrə axtarış

Əgər yalnız müəyyən bir sayt üzrə axtarış etmək istəyirsinizsə, axtarış sətrinə yazdığınız ifadəyə "site:” əlavə edin.

7. Əks linklər

Maraqlandığınız saytın linklərinin yerini öyrənmək üçün axtarış sətrinə "links:” və həmin saytın ünvanını əlavə edin.

8. Ölçü vahidlərinin konvertasiyası

Google axtarış sistemi istifadəçinin tələbi ilə ölçü vahidlərini konvertasiya edə bilər. Məsələn, siz bir kilonu funta çevirmək istəyirsiniz. Bunun üçün axtarış sətrinə "1 kilonun funtla ifadəsi” yazın.

9. Valyutanın konversiyası

Valyuta məzənnəsini öyrənmək istəyirsinizsə, axtarış sətrinə "1 [valyuta] [valyuta] da” yazın.

10. Dəqiq vaxt

Əgər bu və ya digər şəhərdə saat neçə olduğunu öyrənmək üçün "time” və ya "saat” sintaksisi və şəhərin adı yazılmalıdır.

11. Google kalkulyatoru

Google onlayn rejimdə hesablamağı bacarır! Bunun üçün axtarış sisteminə həll etmək istədiyiniz misalı yazmağını kifayət edir.

12. Müxtəlif növ fayllar üzrə axtarış

Əgər konkret fayl növünü tapmaq istəyirsinizsə, "filetype:” operatorundan istifadə edə bilərsiniz.

13. "Cash” səhifənin axtarışı

Google-da xüsusi serverlər var ki, orada bütün "cash” edilmiş səhifələr saxlanılır. "Cash” edilmiş səhifəni tapmaq üçün "cached:” operatorundan istifadə edin.

14. Hava proqnozu

Google axtarış sisteminin operatorlarından biri də hava proqnozudur. Bunun üçün axtarış sətrinə "weather” və hava proqnozunu öyrənmək istədiyiniz şəhərin adını yazmaq kifayət edir.

15. Tərcüməçi

Hər hansısa sözü və ya ifadəni tərcümə etmək üçün axtarış sətrinə "translate [söz, ifadə] into [dil]” yazın. (banker.az)

Xəbər 1411 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.10.2024  14:46 

İraqdakı Azərbaycan: Türkmanlar

10.10.2024  18:17 

Elza Rozanı məhkəməyə verib

10.10.2024  12:14 

Tramp debatdan imtina edib


BÜTÜN XƏBƏRLƏR +