Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


06.02.2024  16:37 

Generalın oğlunun toyunda “bomba həyacanı”





A+  A-

Ötən gün, Naxçıvanda yerləşən Heydər Əliyev adına Hərbi liseyin sabiq rəisi, general-mayor Elman Orucov oğlunun toyunda “bomba həyacanı” yaşanması barədə xəbər vermişdik.

Xəzərnews.az bildirir ki, general-mayor Elman Orucov olay haqqında Gununsesi.info-ya danışıb.

Uzun illər Azərbaycan ordusunda xidmət etdiyini vurğulayan Elman Orucov bildirib ki, adının mediada belə xoşagəlməz hadisədə hallandırılmasından məyus olub:
“Mən həyatımın böyük hissəsini hərbi xidmətə həsr etmişəm. Saysız-hesabsız xidmətlərim var. Bunlar ola-ola istəməzdim ki, toyda yaşanan bir xoşagəlməz olayı yazasınız. Yazdıqlarınızda narazı qaldığım bir məqam var. İddia edirsiniz ki, guya toyda əməlli-başlı həyəcan olub, masaların altına baxılıb, hamı qorxu içində olub və sair. Yoxlamaya gələnlər mülki geyimli polislər olub. Sərbəst və müasir texniki avadanlıqlarla baxış edib, sakitcə gediblər. Ötən il də məhkəmə oldu və bitdi. Prosesdə zərərçəkən olmuşam və şikayətçi olmadığım üçün həmin zabitə şərti cəza verdilər. Mən şikayətçi olsaydım, indi 10 illik cəzasını çəkirdi. Nəzərə aldım ki, gənc leytenantdır, həyatı yaxşı başa düşmür. Ona görə də tutulmasının tərəfdarı olmadım. Bu gün o, zabit qismində xidmət edir”.

Gənc leytenantın ondan qisas almasının səbəbinə gəlincə, Elmar Orucov belə deyir:

“Mən 6 il rəis olduğum dövrdə 1200 nəfər kursant buraxılıb. Bunların arasından 1 narazı qalan olması təbiidir. Mən onun gözündə problem olduğunu nəzərə alaraq, belə qərar vermişdim. Tağım komandiri olsaydı, ön xəttə düşmənlə üz-üzə qalmalı idi. Eynəyi – 3 idi. Dedim ki, get, tərbiyəvi işlə məşğul ol. O da razılaşdı. 4 ildən sonra bunu ürəyində saxlayıb. Narazılığını da bildirmədi. Birdən-birə qisas alması mənə ağır və şübhəli gəldi.
Mən onunla söhbət etdim. Dedim ki, niyə bu narazılığını mənə demirdin? Axı, nə qədər uşağa kömək eləmişəm. Bu, istər işində, istərsə də xaricdə təhsil məsələsində olub”.


Xəbər 6919 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +