Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


08.01.2024  11:20 

Bakıda 2040-cı ilədək nə dəyişəcək? - Baş Plan hazırdır...





A+  A-

Xəbər verdiyimiz kimi, Bakının BAŞPLANInın hazır olması ilə bağlı informasiya yayılıb.

Xəzərnews.az Baş Planda əsas diqqət çəkən məqamları təqdim edir:

♦️ Paytaxtda nəqliyyat sıxlığını azaltmaq məqsədi ilə mərkəzdən kənarlarda "Universitet şəhərciyi” - Yeni bilik-biznes rayonu yaradılacaq.

♦️ Qala qəsəbəsində və Xocasən gölü ətrafında dövlət və özəl ali təhsil müəssisələri üçün ümumi bilik mərkəzi yaradılacaq.

♦️ Zirə qəsəbəsində kənd təsərrüfatı və aqrar-sənaye müəssisələrinin işçi qüvvəsi ilə təmin edilməsi üçün peşə təhsili mərkəzi yaradılacaq.

♦️ Xocahəsən gölü ətrafında təxminən 500 ha ərazidə geniş ictimai park salınacaq. Burada yeni Nəbatat Parkı yaradılacaq.

♦️ Mərdəkanın geniş ictimai nəqliyyat yönümlü şəhərsalma mərkəzinə çevrilməsi planlaşdırılır.

♦️ Mədəni və sənaye irsi əyləncəli-təhsil Parkı yaradılacaq.

♦️ Bakının Sabunçu rayonunda, Böyükşor gölünün şimalında Eko-Sənaye Parkı yaradılacaq.

♦️ Bakının mərkəzindəki neft-kimya müəssisələrinin Səngəçal və Ələtə köçürülməsi planlaşdırılır.

♦️ Hesablamalara görə 2040-cı ilədək Bakıda əhalinin mənzil tətələbatının ödənilməsi məqsədi ilə təqribən 200 min mənzilin təhvil verilməsi planlaşdırılır.

♦️ Yeni mənzillərin tikintisi üçün Zığ gölünün və Böyükşor gölünün ərazisi təklif olunur.
♦️ Bakı bulvarı cənubda Bibiheybətə, şərqdə Zığa qədər genişləndiriləcək.

♦️ “Bakı-Sumqayıt” şosesində, Xırdalan və “20 Yanvar” dairələrində tıxacın qarşısının alınması məqsədilə paytaxtın 2-ci şimal-qərb yeni giriş-çıxış yolu yaradılacaq.

♦️ Xarici dairəvi yolun tamamlanması məqsədilə Səttar Bəhlulzadə küçəsi ilə “Zığ-Hövsan” şosesini, Sabunçu dairəsi ilə Bülbülə gölünün qərbindən keçməklə Zığ şosesini birləşdirəcək yeni dairəvi yollar yaradılacaq.

♦️ Parkinq yerlərinin artırılması üçün mövcud yerüstü parklanma sahələrində yeni yeraltı və çoxmərtəbəli dayanacaqlar inşa ediləcək.

♦️ Bakıda şəhərin mərkəzi ərazilərində avtomobil yollarında sürəthəddinin 2027-ci ilədək 50km/saat, 2040-cı ilədək 30 km/saat müəyyən edilməsi nəzərdə tutulub.

♦️ Bakıda hibrid yaşıldəhlizlər yaradılacaq. Təklif olunan 28 May Dəhlizi istismardan çıxarılmış dəmir yolu xəttlərinin şəhərdaxili hibrid yaşıl dəhliz kimi inkişafını ehtiva edir.
Dəhliz xətti park vasitəsi ilə Gənclik metro stansiyasının ətrafını Bakı limanı və Bakı Bulvarı ilə birləşdirəcək.

♦️ 2027-ci ilin sonunadək Abşeron yarımadasında 20 sərnişin stansiyasının yenidən qurulması, o cümlədən Biləcəri stansiyası ilə Mərkəzi Bakı Stansiyası arasında 4 yeni stansiyanın tikintisi və Sumqayıta qədər uzanan xəttin üzərində Xırdalan şəhəri ərazisində yeni stansiyanın inşası nəzərdə tutulur.

♦️ Bakıxanov stansiyasından Zirəyə doğru uzanan və Bülbülə, Əmircan, Suraxanı, Yeni Suraxanı, Binə, Qala, Dübəndi və Zirədə yenidən qurulacaq 8 stansiyadan ibarət xəttin bərpası, “Qaradağ-Güzdək”, “Zabrat-Maştağa-Zağulba” dəmiryolu dəhlizlərinin yaradılması, habelə Qaradağ rayonu ərazisində və Xocasən qəsəbəsində yeni dəmir yolu stansiyalarının yaradılması.

♦️ Bakıda tramvay və metrobus ictimai nəqliyyat növləri yaradılacaq.

♦️ Bakı Metropoliteninin stansiyalarının sayı 47-yə çatdırılacaq. O cümlədən Xırdalana metro xəttinin çəkilməsi nəzərdə tutulur.

♦️ “Mehdiabad-Dərnəgül-Ziya Bünyadov-Keşlə-Babək prospekti-“Ağ şəhər”-Nobel prospekti” yeni diaqonal nəqliyyat marşrutunun yaradılması planlaşdırılıb. Məqsəd Bakının mərkəzi hissənin əlavə nəqliyyat yükündən qorunması, bu yükün mərkəzə daxil olmadan şəhərin şimal və şimal-qərb istiqamətlərinə doğru birbaşa hərəkətlərinin təmin edilməsi.

♦️ Bakı şəhəri üzrə 2040-cı ilədək velosiped zolaqlarının ümumi uzunluğunun təxminən 285 km təşkil edəcəyi planlaşdırılır.

♦️ Bakıda su hövzəsinin 50 m radiusunda bina tikintisinə qadağa qoyula bilər. Tikililər su hövzəsinə 50 m məsafədə yerləşdikdə və bina istismar üçün yararsız olduqda onun yenidən qurulmasına deyil, sökülməsinə dair qərar qəbul edilə bilər.


Xəbər 4890 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +