Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


20.10.2023  19:49 

İranın Fələstin siyasəti... - Mahmud Abbası İsmayıl Hani ilə əvəzləyə biləcəkmi?





A+  A-

Fələstinlilər torpaqlarını işğaldan azad etmək istəyirlərsə İrandan aralanmalıdırlar...

Bu vacibi şərtdir. Birinci növbədə Fələstin siyasətçiləri Azərbaycanın öz torpaqlarını necə azad etdiyini öyrənməlidir. Biz İranla müttəfiqlik, dostluq, qonşuluq şəraitində torpağımızı yalnız itirə bilərdik. 80-ci illərin sonlarında ermənilərin Azərbaycana qarşı ərazi iddiası başlayıb və az sonra qanlı mərhələyə keçdi. İlk üz tutduğumuz dövlət İran olub. 1994-cü il mayın 12-də sülh müqaviləsi imzalanana qədər Azərbaycan Respublikasının ərazisində yalnız İran İslam Respublikasının hərbi iştirakı mövcud olub.

O zamankı Azərbaycan prezident şəxsən İrana gedib, qoşun istəyib. İran hərbi müşavirlər göndərib, sonradan ermənilərin hücumu artıqda “İran hərbçiləri beynəlxalq hüququ poza bilməzlər” adı ilə Azərbaycandan getdilər. Azərbaycanda qaçqınlar ordusu xeyli artmışdı. İran mətbuatının dediyinə görə onların dalınca Ərdəbilə o zaman Azərbaycandan Rəsul Quliyev, rəhmətlik Rövşən Cavadov və qardaşı Mahir Cavadov gediblər, yalvarıblar. İran geri qayıtmayıb. Sonradan Azərbaycan İranın daxilimizdə İslam inqilabı, Azərbaycan dövlətçiliyini məhv etmək niyyətlərini başa düşdü və İranı daxili proseslərinə buraxmadı. Hətta Azərbaycan sonda İranın Ermənistanla münasibətlərini də neytrallaşdırmaq gücünə sahibləndi.

Fələstinlilər şiə torpağının İranın sərhəd qonşuluğunda 30 il işğal altda qalmasının səbəbini düşünsünlər.

Hazırda Fələstinin azad olunması üçün çıxarılan ən böyük dərs bundan ibarətdir.

Bizdə Fələstinə aşkar dəstək yoxdur. Amma Fələstinə Azərbaycanda simpatiya var, dövlətimiz, rəsmi siyasətimiz Fələstin dövlətini dəstəkləməkdən ibarətdir, yardım da edirik. İsraillə münasibətlərimizdə heç bir dəyişiklik yoxdur. Biz torpaqlarımızı yeni azad etmişik. Torpaqlarımızı işğaldan azad etməkdə İsrailin müstəsna rolu olub. Hətta nəzəri cəhətdən bildirək ki, hazırda İsraillə əlaqələri kəsən kimi İran yenidən
Ermənistana kömək edib, həmin torpaqlarımızı işğal etdirə bilər. İran Ermənistanı Azərbaycanın üzərinə qızışdırmamaqla bağlı rəsmi və maddi öhdəliklər götürməlidir.

Yalnız bundan sonra Azərbaycan müttəfiqləri kombinasiyasına baxa bilər. Burada İran prizmasından maraqlı olan tək İsrail deyil, əlavələri də var. Azərbaycanın Fələstində baş verənlərə müsəlman həmrəyliyi nöqteyi-nəzərindən dəstək verməməsi ilə İranın indi Fələstin siyasətini müqayisə etsək bizim siyasətimiz daha səmimidir. İran Fələstin hərəkatının çökdürülməsi istiqamətində fəaliyyətdir. İsrail Qəzza sektorunda istədiyini edir. İran bir dəfə də olsun İsrailə hərbi hədə gəlməyib. Bu hadisələrə qədər hər gün İran hərbçiləri televiziyalarda idi, yeni silah ixtiralarından danışırdılar və silahlarının İsrailin hansı regionuna çatacağını açıqlayırdılar. İranın verdiyi məlumatları toplasaq, Təl-Əvivə və İsrailin vacibi obyektlərini dağıdan bəlkə də 500 raketi var. Amma İran niyə bunları öz ərazisindən atmır, çox maraqlı sualdır.

“Əl-Əksa tufanı” əməliyyatının ikinci günü İran Qəzzada hərbi əməliyyatlara qoşulacağını açıqladı. Öz deməyinə görə bu barədə İsrailə müvafiq qurumlar vasitəsi ilə xəbərdarlıq edib. Bir gün sonra BMT -dəki nümayəndəliyi vasitəsi ilə yalnız İran ərazisinə hücum olacağı təqdirdə müharibəyə başlayacağını açıqladı . ABŞ hərbi gəmiləri Aralıq dənizində idilər. Belə alınır ki, İranın marağı Fələstini İsrail işğalından qurtarmaq deyilmiş.

Hazırda fələstinliləri qırğına verməkdə İranın məqsədi ərəb dövlətləri ilə İsrail arasında “İbrahim müqaviləsi” adı altında normallaşma prosesini dayandırmaq və Azərbaycan kimi dövlətə təzyiq etməkdir. Fələstin, Qəzza əhalisi bundan ötrü qurban gedirsə, bu artıq HƏMAS və İslami cihadın özünün işidir.

İran əgər ABŞ və İsraillə probleminin həlli yalnız Bəhreyn torpağını qaytarmaqdan keçə bilər. İran Bəhreynin adını tuta bilmir.

Ərəb dövlətlərinin də İsraillə yaxınlaşmasının səbəbi İranın apardığı hərbi siyasətdir.

Hərbi siyasəti hətta İran üçün Allahı əvəzlədiyini demək olar. Boş əllə, Allaha inamla İran hərtərəfli silahlanmış Allahsız Səddam Hüseynə qalib gəldi. Amma İran süni intellektə malik uzaq vuran raketlər, PUA-larla heç bir iş görə bilmir və ehtimal ki, görə də bilməyəcək.

İran İsraili dayandırmaq əvəzinə Fələstin muxtariyyətinin başçısı Mahmud Abbası İsmayıl Haniyə ilə əvəzləmək kursunu götürüb. Oktyabrın 18-19 da HƏMAS hərəkatının lideri İsmayıl Hanıya və İslami Cihad Təşkilatının lideri Sepah qüvvələrinin Qüds qruplaşmasının komandanı Kaaninin dəvəti ilə Tehranda oldular. Onlar da ali dini rəhbərin təlimatına uyğun hərəkət ediblər. Hər iki lider Tehrana çatan kimi onları İranın ali dini lideri və prezidenti qəbul etdi. İ.Hanıya dərhal televiziyaya çıxdı, verdiyi müsahibədən bəlli olur ki, hazırda Fələstin xalqını bir yerə yığmaq ən vacibdir. Fələstin xalqının da bir yerə toplaşmasının əsas maneəsi Fələstin muxtariyyətinin prezidenti Mahmud Abbasdır. M.Abbas devrilməli və İ.Hanıya prezident seçilməli, sonra isə mübarizə davam etməlidir. Bu, İranın siyasətidir.

Yaranmış vəziyyətdə İranın anti-Azərbaycan davranışında pik həddində bizim üçün qeyri-adi heç nə yoxdur. Hər şey gözlənilən idi. İranda Azərbaycanla münasibətlərin normallaşmasına hazırlaşırdılar. Əlbəttə, bu da müəyyən qədər görüntü xarakterli idi. Azərbaycana qarşı ideoloji maşının işi xeyli zəifləmişdi. Aparıcılar daha çox fars dilində danışırdılar, fars dili biliklərini nümayiş etdirirdilər. Yaltaqlanmaq və başqa televiziyalara keçmək barədə düşünə bilərdilər.

Bu hadisələrdən sonra gün ərzində birdən-birə əlavə 2-3 xəbərlər buraxılışı oldu. Bütün ictimai-siyasi verilişlərdə “Azərbaycan niyə Fələstinə dəstək vermir. Azərbaycan niyə əhalisinə etiraz aksiyasına çıxmağa imkan vermir”. Belə alınır ki, İranda əhali Fələstindən ötrü etiraz aksiyasına çıxır. İranın daxili idarəçiliyi bizə çox yaxşı bəllidir. Bir adam sanksiya olmadan küçəyə çıxa bilməz. Cümə yürüşünü də nəzərə almaq lazım deyil. Türkiyədə keçirilən etiraz aksiyaları İranda keçirilən etiraz aksiyasından bəlkə də yüz dəfə daha sərt, məqsədyönlü şəkildə idi. Bu qarışıqlıqdan istifadə edib, İranın Azərbaycan rəhbərliyinə qarşı təhqir işlətməsi, bu artıq İranın Prezidenti və digər rəhbərliyinin söyüşə ehtiyacından irəli gələndir. Həqiqətən Fələstin mövzusunda İran rəhbərliyinin mövqeyi söyüşdür. O söyüşü İranın aparıcıları elə birbaşa öz adı ilə söysələr daha yaxşıdır. Bizə ünvanlamasınlar. Bir neçə zombi adam nəyin baş verdiyini anlamaq gücündə olmayan fars düşüncəli azərbaycanlıları ortalığa atıblar.

Atası, anasını və milli kökünü danan şəxs Azərbaycanın dövlətçiliyini “rejim” hesab edir, Azərbaycan dövlət deyil, İran dövlətdirmi? Hansı əlamətinə, ərazisinə, silahlarına görə deyirsiniz. Baxın, nə qədər böyük ərazilər bir anın içərisində dağılıb, gedib. Səddam Hüseyn gözünüzün qabağında olsun. Özünün doyunca silahı var idi, dünya da ona silah kanalı açmışdı. Məhv oldu getdi. İran özünü onunla müqayisə etsin. Televiziya rəhbərləri və aparıcıları öz ekranlarında İran hərbçilərinin həftə ərzində görünməməsinin səbəbini bilirlərmi?! Bu səviyyədə intellektləri varmı?!

Prezident Aparatında Qasım Cəfəri kimi danışığını bilməyən adam işləyirsə, o hökumətin sonu sıfırdır. O necə bilir ki, Allah İran rəhbərliyini sevir, Azərbaycan rəhbərliyini sevmir?! Axı məşhur hədislər var. Sadalayaqmı?

Bir şeyi unutmasınlar ki, biz İranla eyni mentalitetdəyik. İran harada səmimidir, yalan, düz danışır, nə məkri var, biz onu çox yaxşı bilirik. İran bu vaxta qədər bizə heç bir şey edə bilməyib, edə də bilməyəcək. İndi vəziyyəti də elə həddə gətirib çıxarmamalıdır ki, Azərbaycan müvafiq tədbirlər görsün.

Mübariz Əhmədoğlu



Xəbər 4230 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +