Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı


21.04.2017  13:10 

Fondun cəbhə bölgəsindəki humanitar missiyası... - FOTOLAR





A+  A-

Heydər Əliyev Fondunun ölkəmizin ictimai-siyasi və mədəni həyatımındakı rolu son dərəcə önəmli, xidmətləri danılmazdır. Ölkəmizin musiqisini, mədəniyyətini, sosial-iqtisadi inkişafını, müxtəlif xalqların və millətlərin birgə yaşam modelini, azərbaycançılıq məfkurəsini bütün dünyaya yayan və təbliğ edən Heydər Əliyev Fondunun və Fondun prezidenti Mehriban Əliyevanın fəaliyyəti təkcə Azərbaycanın hüdudları ilə məhdudlaşmır, bir çox ölkə və qitələri əhatə edir.
XəzərNews.az bildirir ki, Respublikanın bütün bölgələrində olduğu kimi cəbhə bölgəsində yerləşən Füzuli rayonunda da Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun qayğı və diqqətini əhali daim hiss edir.

Heydər Əliyev Fondunun son 5 ildə Füzuli rayonunda həyata keçirdiyi layihələrə diqqət etsək, bunu bir daha aydın görmüş olarıq. 2012-ci ildə Heydər Əliyev Fondu tərəfindən Horadiz şəhərində 240 şagird yeri olan iki mərtəbəli ən müasir standartlara cavab verən məktəb binası tikilərək istifadəyə verilib.

Heydər Əliyev Fondunun Füzuli rayonuna köməyi başqa sahələrdə də özünü göstərir. Azərbaycan uşaqlarına diqqət və qayğını fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyən edən Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva füzulili körpələri də yaddan çıxarmayıb. 2014-cü ildə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Horadiz şəhərində iki mərtəbəli 100 çarpayılıq, 2015-ci ildə Bala Bəhmənli kəndində 60 çarpayılıq körpələr evi-uşaq bağçaları tikilərək istifadəyə verilib. Bağçalarda uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hər cür şərait yaradıllb.

Öz tarixi keçmişləri ilə fəxr edən füzulililər Tarix-Diyarşünaslıq Muzeylərinin olmamasından uzun illərdir əziyyət çəkirdilər və rayon ərazisində muzey tikilməsi üçün müxtəlif təşkilatlara müraciət edirdilər. Heydər Əliyev Fondu füzulililərin bu arzusunu da reallığa çevirib. 2014-cü ildə Heydər Əliyev Fondu tərəfindən Horadiz şəhərində Gənclər Prospektində Tarix-Diyarşünaslıq Muzeyi, 2016-cı ildə isə rəsmlə maraqlanan, bu sahəyə həvəs göstərən füzulili gəncləri üçün Horadiz şəhərində ikimərtəbəli ən müasir standartlara cavab verən Rəsm Qalareyası tikilərək istifadəyə verilib.

Bunlar Heydər Əliyev Fondunun son 5 ildə Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində həyata keçirdiyi iri layihələrdir. Fond bu illər ərzində işğaldan azad olunmuş ərazilərdə onlarla layihələr həyata keçirib, minlərlə füzulili məcburi köçkünü sevindirib.

Heydər Əliyev Fondu tərəfindən Mehriban Əliyevanın təşəbbüsü ilə cəbhə bölgəsində yerləşən füzuli rayonunda həyata keçirilən 5 böyük layihənin hər birinin açılışında Prezident cənab İlham Əliyev iştirak edib, görülmüş işləri yüksək qiymətləndirib.

Füzulililər Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətini diqqətlə izləyir və yüksək qiymətləndirirlər. Rayon sakinləri qeyd edirlər ki, Heydər Əliyev Fondunun həyata keçirdiyi bütün layihələrin qayəsində və təməlində sosial yönüm, humanizm, bərabərlik, ədalət, insana sevgi və sabaha ümid dayanır.






Xəbər 2541 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +