Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper


21.06.2024  20:12 

Azərbaycana qarşı HƏRBİ TƏXRİBAT PLANI – İrəvanın sülhdən yayınmasının SƏBƏBİ





A+  A-

Ermənistan bir tərəfdən Azərbaycanla sülh müqaviləsinin imzalanmasında hazır olduğunu bəyan edir, digər yandan isə Fransa və Hindistandan hücum silahları alır. Rəsmi Paris İrəvana müdafiə xarakterli silahlar satılacağını bildirsə də veriləcək silahların hücum xarakterli olduğu müşahidə edilir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransanın Ermənistanı silahlandırmasını şərh edərkən bildirib ki, bu, Cənubi Qafqazda münaqişənin yeni raunduna təhrik edən növbəti addımdır.

Xəzərnews.az xəbər verir ki, mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, Ermənistanın sülh sazişini imzalamağa hazır olması ilə bağlı dedikləri siyasi manipulyasiyadır.



Onun sözlərinə görə, Ermənistan Qərbdən, xüsusən də ABŞ-dən sülh müqaviləsini imzalamamaqla bağlı təlimat alıb: “Bunu artıq inkar etmək mümkün deyil. Son zamanlar Ermənistana davamlı səfərlər edən ABŞ-nin yüksək rütbəli məmurları Paşinyan hakimiyyətini sülh prosesindən uzaqlaşdırmağa nail olublar. Hazırda rəsmi İrəvan daha çox hərbi eskalasiya istiqamətində addımlar atır. Sülhdən danışıb törədə biləcəyi savaşı ön plana çıxarır”.



Politoloq da belə qənaətdədir ki, Fransanın Ermənistanı silahlandırmağı Cənubi Qafqazda münaqişə ocağının yenidən alovlandırılmasına hesablanıb: “Sülh sazişinin imzalanması Qərbdə bir çox siyasi dairələri o cümlədən Fransanı qətiyyən qane etmir. Müqavilənin imzalanacağı təqdirdə Fransa başqa olmaqla, Cənubi Qafqazda maraqları olan Qərb ölkələrinin regiona təsir mexanizmləri sıradan çıxacaq. Bu səbəbdən Fransa və ABŞ ortaq şəkildə Ermənistanı sülhdən uzaqlaşdıraraq, yeni hərbi qarşıdurmaya sövq etməyə çalışırlar. Bununla da regionda hərbi kontingent yerləşdirmə hüququ qazanmağa çalışırlar. Böyük ehtimalla yaxın vaxtlarda Ermənistan Azərbaycana qarşı hərbi təxribatlar törədəcək. Həmin təxribatlardan sonra Ermənistan ərazisində Fransanın hərbi kontingentinin yerləşdirilməsi meydana gələ bilər”.



E.Xalidbəyli deyib ki, artıq Paris, İrəvan və bəzi Qərb dairələri bu yöndə təbliğata başlayıb: “İlkin addımları atmağa başlayıblar. Ermənistanın silahlandırılması ilə yanaşı, Azərbaycana qarşı müəyyən sərt, qərəzli ittihamlar irəli sürürlər. Eyni zamanda Fransada bəzi “nüfuzlu şəxslər” Makron hakimiyyətinə müraciət edərək, Ermənistanda Fransa hərbi bazasının yaradılmasını tələb edirlər. Məqsəd Azərbaycanı təxribatlara çəkməkdir. Yaxın aylarda Cənubi Qafqazda gərginliyin artma ehtimalı kifayət qədər yüksəkdir”.

Xəbər 44891 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +