Prezident Yunanıstanın Baş naziri ilə görüşüb
Tehranın nüvə silahına ehtiyacı yoxdur - Xamenei
2026-cı ildən hibrid avtomobillər bahalaşacaqmı?
Prezident və xanımı BMT-nin mənzil qərargahına gəlib
Sürücülərdə bu vərdiş qəza riskini 20 dəfə artırır
Abşeronda elektrik açarını hansı qurum “oğurlayıb” ?
Nigar Fərhadın təhsil şirkətində dələduzluq
Azyaşlıya qarşı əxlaqsızlıq edərək çəkiliş edən qohumla bağlı qərar
Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı
“Rahat“ supermarketləri bağlanır? -İDDİA


18.01.2023  17:04 

Ermənistanda benzinin qiyməti Azərbaycandan ucuz oldu





A+  A-

Ermənistanda benzinin qiyməti kəskin şəkildə ucuzlaşıb.

Hazırda Ermənistanın aparıcı yanacaqdoldurma məntəqlərindən (YDM) olan “Flash Petrol”da Aİ-92 (“Regular”) markalı benzin 340 drama (86 sent), Aİ-95 ("Premium") markalı benzin isə 360 drama (91 sent) satılır.

Müqayisə üçün bildirək ki, son bir ayda Ermənistanda Aİ-92 markalı benzin 15%, Aİ-95 markalı benzin isə 14,3% ucuzlaşıb.

Məlumat üçün onu da bildirək ki, hazırda Azərbaycanda Aİ-92 markalı benzin 1 manata (59 sent), Aİ-95 markalı benzin isə 2 manata (118 sent) satılır.

Qeyd edək ki, Azərbaycan Aİ-92 markalı benzini ölkə daxilində istehsal edir. Aİ-95 markalı benzin isə Ermənistanda olduğu kimi Azərbaycanda da xaricdən idxal olunur. Lakin, rəqəmlərdən də göründüyü kimi, Aİ-95 markalı benzin Ermənistanda Azərbaycandan 30% ucuz satılır./Yeniavaz.com


Xəbər 2623 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +