“Gənclik Moll“da həyacan siqnalı -VİDEO
“Oliqarx Baku” – Müştəri sağlamlığı üçün açıq risk məkanı
İntim videolar çəkən FHN polkovniki azadlıq üçün darıxır
Məktəblərdə pul yığılması halları var - Nazirdən etiraf
Prezidentlər ABŞ-də xatirə fotosu çəkdirdi
Rusiyada azərbaycanlı iş adamının başı dərddə
Adnan Əhmədzadənin aktivləri Yusif Məmmədova keçdi
Məktəblərdə müəllimlər günü adı altında şıdırğı pul yığımı - Video
Hakimlər sədrə məruzə etmədən qərar qəbul edə bilmir - Abbasov
FHN-dən hava şəraiti ilə əlaqədar... - Xəbərdarlıq


30.01.2018  13:32 

Rusiya-ABŞ arasındakı gərginlik pik həddə





A+  A-

Moskva ABŞ-la münasibətlərin pozulduğunu təsdiqləyib.
ABŞ Maliyyə Nazirliyinin Rusiya Federasiyasının, demək olar ki, bütün rəhbərliyini “Kreml siyahısına” daxil etməsi, faktiki olaraq, bu iki ölkə arasında münasibətlərin pozulmasından xəbər verir.

XəzərNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu bəyanatla Rusiya Federasiya Şurasının üzvü Vladimir Cabbarov çıxış edib.

“Əlbəttə ki, bu cavabsız qalmayacaq. Layiq olduqları cavab veriləcək. Onların Rusiyaya qarşı ittihamları əsassızdır”, – deyə Cabbarov bildirib. O, hansı səbəbə ABŞ-ın sanksiya saymadığı siyahını sanksiya siyahısı adlandırdığına aydınlıq gətirməyib.

Yanvarın 30-da ABŞ Maliyyə Nazirliyi Konqresə “Kreml siyahısını” təqdim edib. Siyahıya 114 yüksək vəzifəli dövlət məmuru və iri dövlət şirkətlərinin rəhbərləri daxil edilib.

“Kreml siyahısı”na Rusiyanın baş naziri Dmitri Medvedev və nazirlər kabinetinin üzvləri, o cümlədən Rusiya energetika naziri Aleksandr Novakın adları daxil edilib. Siyahıda prezident administrasiyasının rəhbəri Anton Vayno, prezidentin mətbuat katibi Dmitri Peskov, prezidentin köməkçisi Vladislav Surkov daxil olmaqla, Rusiya PA-nın aparıcı rəsmiləri də var.

Sənəddə Federal Şuranın spikeri Valentin Matviyenko, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin, “NK Rosneft” ASC neft-qaz şirkətinin baş icraçı direktoru İqor Seçin, “Qazprom” ASC direktorlar şurasının sədri Aleksey Miller, Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin , Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Rusiyanın iri elektrik enerji şirkəti “Rosset” ASC-nin keçmiş rəhbəri Budarqin, “Rosatom”, “İnter” RMC, “Rushidro” şirkətlərinin rəhbərlərinin adları hallanır.

“Oliqarxlar siyahısında” sadalananlar arasında Alişer Usmanov, Roman Abramoviç, Süleyman Kərimov, “Kasperski Laboratoriyası” təsisçisi Yevgeniy Kasperski, Pyotr Aven və Vladimir Potanin yer alıb.

Siyahıya, eyni zamanda, Arkadi və Boris Rotenberq, Gennadi Timçenko, Oleq Tinkov, Vahid Ələkbərov və s. başqalarının adları daxil edilib.

Belə bir siyahının tərtib olunması hələ yay aylarında Konqresin qəbul etdiyi qətnamədə nəzərdə tutulurdu və ABŞ rəbhərliyinin yeni təşəbbüsü deyil. Əksinə, yeni sanksiyalara lüzumun olmadığı bildirilir.

Xəbər 3871 dəfə oxunub.




27.09.2025  00:00 

Azərbaycanda Anım Günüdür

26.09.2025  15:23 

Marqarita Simonyanın əri öldü

26.09.2025  15:18 

Bakıda torpaq 20 faiz bahalaşdı


BÜTÜN XƏBƏRLƏR +