Lavrov və Rubio arasında görüş planlaşdırılır
Pezeşkian Şahin Mustafayevi qəbul edib
Tramp Zelenski ilə görüşəcək
Prezident ABŞ-də görüşlər keçirdi - Foto/Yeniləndi
Fransa Fələstini dövlət kimi tanıyıb
Prezident və xanımı ABŞ-də -FOTO
Ankara-Bakı reysi niyə təcili eniş edib?
Mühüm sənədlər imzalanacaq - Cabbarov
İcra başçısına ağır itki üz verib
Leysan yağışları Astarada fəsadlar yaratdı


24.11.2017  13:07 

Aİ ölkələri Azərbaycana 21 milyard dollar sərmayə qoyub





A+  A-

Son 10 ildə Avropa İttifaqı (Aİ) ölkələrinin Azərbaycana investisiyaları 21 milyard ABŞ dolları təşkil edib.
XəzərNews.az xəbər verir ki, Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev noyabrın 24-də Bakıda keçirilən “Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə dəstək” Tvinninq layihəsinin yekununa həsr olunan konfransda deyib.

Nazir əlavə edib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında müxtəlif proqramlar çərçivəsində də geniş əməkdaşlıq mövcuddur və Aİ tərəfindən 1992-ci ildən ölkəmizə 595 milyon avro məbləğində yardım göstərilib. Əməkdaşlıq Tvinninq, TAIEX, SIGMA, büdcəyə dəstək, texniki yardım layihələri vasitəsilə həyata keçirilir.

“Bu günədək 45 Tvinninq layihəsi üzrə işlər aparılıb. Bunlardan 29 layihənin icrası müvəffəqiyyətlə yekunlaşdırılıb, 13 layihənin icrası davam edir və 3 layihə hazırlıq mərhələsindədir. Tvinninq layihələri üzrə Azərbaycan regionda liderdir”, - deyə Ş.Mustafayev qeyd edib.

O bildirib ki, Avropa İttifaqı və ölkələri ilə iqtisadi əməkdaşlığın təşviqi məqsədilə 8 üzv ölkə ilə Strateji Tərəfdaşlıq Bəyannamələri, 24 üzv ölkə ilə İkiqat vergitutmanın aradan qaldırılması sazişi, 17 üzv ölkə ilə Sərmayələrin təşviqi və qarşılıqlı qorunması sazişi imzalanıb.

Xəbər 3480 dəfə oxunub.




23.09.2025  00:02 

Tramp Zelenski ilə görüşəcək

22.09.2025  13:01 

Sabahın hava şəraiti açıqlandı


BÜTÜN XƏBƏRLƏR +