2026-cı ildən hibrid avtomobillər bahalaşacaqmı?
Prezident və xanımı BMT-nin mənzil qərargahına gəlib
Sürücülərdə bu vərdiş qəza riskini 20 dəfə artırır
Abşeronda elektrik açarını hansı qurum “oğurlayıb” ?
Nigar Fərhadın təhsil şirkətində dələduzluq
Azyaşlıya qarşı əxlaqsızlıq edərək çəkiliş edən qohumla bağlı qərar
Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı
“Rahat“ supermarketləri bağlanır? -İDDİA
AİBNDX öz keçirdiyi tenderi özü ləğv edib
Ankara Bələdiyyəsinə qarşı əməliyyat keçirildi


10.11.2017  15:19 

Dünyanın ən ağıllı şəhəri





A+  A-

Hon Konqda inşa edilən Sonqdo "dünyanın ən ağıllı şəhəri" statusuna sahibdir.
XəzərNews.az xarici mediaya istinadən xəbər verir ki, inşası 2002-ci ildə başlayan və 35 milyard dollara başa gələn Sonqdonun hər tərəfində sensorlar yerləşdirilib. Bu sistem vasitəsilə istilik, enerji istifadəsini, nəqliyyatın vəziyyətini öyrənmək, rəsmi qurumlara müraciət etmək mümkündür.

Şəhərdə maşınlar və zibil qutuları yoxdur. İnsanlar velosiped və ya ictimai nəqliyyat vasitələrindən istifadə edirlər. Ərazidə 25 km-lik velosiped yolu yerləşir. Metro 12 dəqiqəlik məsafədədir. Evlərdə zibil tunelləri quraşdırılıb və buraya daxil edilən zibillər daha sonra enerji emalında istifadə edilir.

Elektriklə işləyən avtomobillər üçün şarj cihazları yerləşən şəhərdə tualet suyu təmizlənir və yenidən istifadə edilir.

Şəhərin 40%-i yaşıllıqlardan ibarətdir və atmosferdəki zərərli qazların miqdarı normadan bir neçə dəfə aşağıdır.

100 min nəfərin yaşadığı Sonqdoda nəzərdə tutulan yeniliklər və ağıllı sistemlərin hamısı hazırda işlək vəziyyətdə olmasa da, gələcəkdə nəzərdə tutulan dəyişikliklərin yekunlaşması planlaşdırılır.

Xəbər 3244 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +