Bu restoranlar cərimələnib
XİN Rusiyaya çağırış etdi: Vəziyyəti gərginləşdirməyin
Heydərov rəisi işdən çıxardı - Yeni təyinat
Hacı İbrahimin şirkətləri borca düşdü
Niyə məhz azərbaycanlılar hədəfdə?.. - Açıqlama
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
Zaxarova: Rəsmi Bakını tədbirlər görməyə çağırırıq...
Daha bir azərbaycanlı iş adamının evinə BASQIN
AEBA İrandan rəsmi təsdiq gözləyir
“Azərbaycanı təhdid etməmişik“ - Peskov


24.05.2019  12:51 

60 yaşlı kişini yuxuda öldürdülər - Bütün ailə evdə olub





A+  A-

Bakıda 60 yaşlı kişinin yatarkən öldürülməsi hadisəsi ilə bağlı cinayət işi başlanılıb.
Bakı Şəhər Prokurorluğundan XəzərNews.az-a verilən məlumata görə, mayın 24-ü Binəqədi rayonunda yaşayan 1959-cu il təvəllüdlü Şamil Xələfovun bıçaqlanaraq öldürülüb.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Dərhal məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Polis və prokurorluq əməkdaşlarından ibarət yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən cinayəti törətmiş şəxs (və ya şəxslərin) dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Oxu.az-ın verdiyi xəbərə görə, cinayət törədildiyi vaxt, təxminən gecə saat 02:00 radələrində Xələfovlar ailəsinin bütün üzvləri evdə olub. Hətta böyük oğlu onunla bir otaqda yatıb. Ancaq illkin dindirilməsi zamanı gənc bərk yatdığını və atasının kim tərəfindən və necə qətlə yetirdiyini görmədiyini bildirib. O, atasının xırıltı səslərinə oyandığını söyləyib, lakin həmin vaxt otaqda artıq heç kim olmayıb.

Hüquq-mühafizə orqanları əsas versiyalardan biri kimi qətlin tamah məqsədilə törədildiyini ehtimal edir. Ancaq Xələfovların evindən hər hansı qiymətli əşyanın yoxa çımasına dair məlumat yoxdur.

İkinci versiya qətldə ailə üzvlərinin əlinin olmasıdır. Hazırda əsas şübhəlilər məhz onunla bir evdə yaşayan ailə üzvləridir.

Xəbər 3070 dəfə oxunub.




02.07.2025  20:48 

Bu restoranlar cərimələnib

02.07.2025  12:17 

ABŞ-da güclü partlayış olub

02.07.2025  12:05 

Ersin Tatar Azərbaycana gəlib


BÜTÜN XƏBƏRLƏR +