Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


13.02.2018  16:05 

Taleh Bağırovun cəzası artırıldı





A+  A-

“Nardaran hadisələri”nə görə həbs edilən, dövlət çevrilişinə cəhd, terrorçuluq və digər cinayətlərdə ittiham edilən “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırovun daha bir məhkəməsi yekunlaşıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilən T.Bağırov həbsxanada saxlanılarkən cəzaçəkmə müəssisəsində qadağa olunmuş əşya saxlamaqda ittiham edilib.

O, Cinayət Məcəlləsinin 317-ci maddəsi ilə təqsirləndirilib və cinayət işinə Qaradağ rayon Məhkəməsində baxılıb. Hakim Rufan Mürsəlov T.Bağırova bu maddə üzrə 5 ay həbs cəzası verib.

Onun 20 illik cəzasından qalan 17 il 9 ay 13 gün bu hökmlə birləşdirilərək yekun olaraq 18 il azadlıqdan məhrum etmə cəzası verilib.

İttihama görə, T.Bağırovun üzərindən yaddaş kartları aşkarlanıb. O, özünü təqsirli bilməsə də, cəzaçəkmə müəssisəslərində belə bir kartların istifadəsinə icazə verildiyini deyib və bildirib ki, digər məhbuslar da bu kartlardan istifadə edir.

Xəbər 3003 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +