“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı


08.05.2017  13:37 

“Pulları Hilal Əsədova verirdim” - 7,7 milyonluq mənimsəmə





A+  A-

Ləğv edilmiş MTN-nin generalı Elçin Quliyevin və polkovnik Azər Mehdiyevin cinayət işi üzrə ittiham olunduğu epizodlardan biri də dövlət büdcəsindən mənbələrin maliyyələşdirilməsi adı ilə 7,7 milyon manat mənimsənilməsi ilə bağlıdır.
Məlumata görə, bu epizod üzrə dindirilən şahidlərdən biri, hazırda DTX-də işləyən şəxs pulların bir qismini keçmiş nazir müavini Hilal Əsadova verdiyini bildirib.

Şahid R.A ifadəsində bildirib ki, 1995-ci ildən MTN-nin Əks Kəşfiyyat İdarəsində əməliyyat müvəkkili kimi işə başlayıb. 2013-cü ildən Anti-Terror Mərkəzində şöbə rəisi təyin edilib. 2016-cı ilin martında Dövlət Təhlükəsizlik Xidmətində şöbə rəisi vəzifəsinə təyin olunub.

R.A deyib ki, nazirliyin Maliyyə İdarəsinin xəzinəsindən həmin vaxt nazir müavini işləyən Hilal Əsədovun imzaladığı raportlar və Anti-Terror Mərkəzinin rəisi işləmiş Elçin Quliyevin onun adına verdiyi vəkalətnamələr əsasında məlumat verən əməliyyat mənbəyinin mükafatlandırılmasına sərf olunması üçün müxtəlif məbləğlərdə manat, ABŞ dolları və avro ilə pul götürüb: “Lazım olan vəsaiti Hilal Əsədovun imzaladığı rasportlarda göstərilən məbləğ qədərində nağd götürürdüm, qəbzlərə imza atırdım və pulları şəxsən özüm gətirib nazir müavini Hilal Əsədova verirdim. Həmin pullar təyinatı üzrə əməliyyat mənbəyinə Hilal Əsədov tərəfindən verilirdi. Mənbə olan o şəxs Hilal Əsədovun əlaqəsində idi. Məxfilik prinsiplərinə görə həmin mənbənin kimliyindən Elçin Quliyevin heç bir məlumatı olmurdu. Sadəcə mən Mərkəzin əməkdaşı olduğum üçün Elçin Quliyev pulları kassadan götürmək üçün mənim adıma vəkalətnamə verirdi. Əməliyyat mənbəyinin mükafatlandırılması və ondan məlumatların alınması üçün Hilal Əsədov məni də özü ilə aparırdı. Görüşdən sonra pulun alınması barədə qəbzləri Hilal Əsədov özü alaraq mənə verirdi”.

Qeyd edək ki, general H.Əsədov istintaqa yalnız şahid qismində cəlb edilib bə “MTN olayları” başlayandan sonra təqaüdə göndərilib.

(qafqazinfo.az)

Xəbər 1448 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.09.2024  15:31 

Millimiz Ermənistanı məğlub etdi

23.09.2024  17:39 

Baş nazir yeni qərar imzaladı

23.09.2024  12:18 

Medianews.az 12 yaşında -Foto

22.09.2024  20:13 

İranda matəm elan edilib


BÜTÜN XƏBƏRLƏR +