“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı


27.10.2022  12:33 

Mətbuat Şurasının üzvü: “Küpəgirən qarı kimi...”





A+  A-

Ötən gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) qurultayı keçirilib. Qurultayın keçirilməsi üçün 203 min manat məbləğin ayrıldığı bildirilirdi.

Qurultayın sonunda jurnalistlər AYB katibi, Xalq yazıçısı Çingiz Abdullayevdən məsələyə münasibət öyrəniblər.

Qeyd edək ki, Çingiz Abdullayev aqressiya nümayiş etdirərək media mənsublarının sualına “siz başa düşmürsünüz, hələ utanmırsınız, xalq YAZIÇIDAN soruşursunuz, pullara... Özün ölmürsən? Utanmırsan?” deyə cavab verib”.

Sözsüz ki, məsələ ictimaiyyətdə geniş rezonans doğura bilməzdi.

XəzərNews.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər deyib ki, sualın hansı tərzdə verilməsindən asılı olmayaraq, qarşı tərəf verdiyi cavabla öz tərbiyəsini nümayiş etdirib:

“Təəssüflər olsun ki, Çingiz Abdullayev orada Azərbaycanın tanınmış ziyalısı, yazıçısı olaraq deyil, sanki küçədə, yaxud tində dayanan yaşlı bir qadının qarğışı timsalında cavab verib”.

A.Ələsgərin sözlərinə görə biz orada tanınmış bir yazıçının yox, küpəgirən bir qarının sözlərini gördük:

“Jurnalistin ünvanladığı sualdan asılı olmayaraq, qarşı tərəf cavab reaksiyası verərkən daim diqqətli olmalıdır”.

Müsahibimiz məsələ ilə bağlı jurnalistin verdiyi sualda heç bir qəbahət görmədiyini dilə gətirib:

“Sualda heç bir səhv yanaşma yoxdur. Ümumiyyətlə, ilk növbədə, bu qurultayın keçirilməsinə gərək yox idi. Onun əvəzinə “Zoom” konfrans keçirərdilər və bu bəhanə nəticəsində də sakit yolla 200-300 min AZN məsələsini həll edərdilər”.

Hadisədən hiddətlənən jurnalist yekunda məsələyə özünəməxsus reaksiya verməkdən də çəkinməyib.

“Birmənalı şəkildə jurnalistə təhqirlər yağdırılmış və onun hüququ tapdalanmışdır, nəinki Çingiz Abdullayevin. Jurnalist ən təbii haqqı olan sualı yönləndirib və təəssüflər olsun ki, sualın əvəzində cavab yox, təhqir alıb. Çingiz Abdullayev bu sualı ünvanlamadan əvvəl, əgər güzgüsü var idisə, ilk növbədə, orda özünə baxmalı idi”, – deyə o, əlavə edib.

Xəbər 838 dəfə oxunub.




01.10.2024  18:22 

Sabah bu ərazilərdə su olmayacaq

01.10.2024  09:10 

“XəzərNews.az” 10 yaşında

27.09.2024  15:31 

Millimiz Ermənistanı məğlub etdi


BÜTÜN XƏBƏRLƏR +