“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı


23.11.2023  14:17 

“Bir milyon yarımlıq malım qısa zamanda kül oldu“





A+  A-

"Bir milyon yarımlıq malım qısa zamanda kül oldu".

Xəzərnews.az xəbər verir ki, bunu Bakıda inşaat materialları bazarında baş verən yanğından zərər çəkən sahibkar Əmrah Cəfərov deyib.

Onun sözlərinə görə, yanğın başladıqdan qıs a zaman sonra küləyə görə güclənib.

"Bir anın içində alov gücləndi. Yanğınsöndürənlər tez gəlsə də, güclü külək yanğını daha da şiddətləndirdi. Qısa müddətdə bir milyon yarımlıq əmlakım qısa zamanda kül oldu. Dünən axşam bir vaqon mal gətirmişdim, onlar da kül oldu. Obyektim 800 kvadrat metrə yaxın idi. Obyektlərimin sığortası var. Yəqin istintaqla müəyyənləşdirəcək ki, kimdir günahkar, bizim də hüquqlarımız təmin olunacaq. Burada mühafizə güclüdür, qəsdən yandırılması ilə bağlı iddialar barədə nəsə deyə bilmərəm”, - Əmrah Cəfərov qeyd edib.

Digər sahibkar İntiqam Kərimov isə bildirib ki, yanğın zamanı 140 min manat ziyana düşüb: “Bilmirik yanğın nə ilə əlaqədardır. Gələndə gördük ki, hər yer yanır. Hər şey kül olub. Sığorta ilə bağlı müaricət etməmişik. Ümumiyyətlə, sığorta ilə bağlı heç kim bizə məlumat verməyib. Mənim obyektim təqribən 300-400 kvadrat metri əhatə edir, 140-150 min civarında ziyan dəyib”.

Qeyd edək ki, bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. (Report)

Xəbər 928 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.09.2024  15:31 

Millimiz Ermənistanı məğlub etdi


BÜTÜN XƏBƏRLƏR +