“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır


11.07.2017  11:08 

Eldar Mahmudovun həbsi gündəmdə...





A+  A-

“Proseslərin sonunda, verilən ifadələr əsasında istənilən hər bir şəxsə cinayət işi açıla bilər. Eyni zamanda keçmiş nazir Eldar Mahmudov da bu siyahıda ola bilər”.
Bu sözləri ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi, polkovnik Arzu Nağıyev keçmiş nazir Eldar Mahmudov barəsində cinayət işi açılması haqda qərara bildirərkən deyib.

A. Nağıyev qeyd edib ki, məhkəmə və Baş Prokurorluq tərəfindən cinayət işinin açılması ilə bağlı vəsatət qaldırılıb: “Təbii ki, Baş Prokurorluğun öz qərarı ola bilər. Çünki əsas qərarı onlar verəcək. Eyni zamanda burada siyasi motivlər ola bilər. Çünki Eldar Mahmudov nazir səviyyəsində vəzifə sahibi olub. MTN polkovniki Vüsal Ələkbərov haqqında qərardan sonra məhz belə bir vəsatət qaldırılıb.

Proseslər davam edir, bu hələ son demək deyil. Həbs məsələsinə isə ancaq məhkəmənin gedişatındam sonra qərar vermək olar. Kiminsə haqqında vəsatət qaldırmaq hələ onun həbs olunması demək deyil. Obyektiv və subyektiv səbəblər olandan sonra cinayət işi qaldırılır. Həbs üçün əsas qərarverici orqan məhkəmə olmalıdır.

İndi müəyyən epizodlar üzrə məhkəmə prosesi yekunlaşa bilər. Burada məhkəmə prosesi bir neçə şaxələnmiş hissədən ibarətdir. Belə ki, bir epizod yekunlaşır və digərləri haqqında proses davam edir”

(qafqazinfo.az)

Xəbər 1619 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ

24.08.2024  22:13 

102 yaşlı veteran vəfat etdi

23.08.2024  14:04 

Bu gün Ukraynada Bayraq Günüdür


BÜTÜN XƏBƏRLƏR +