Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb


22.01.2024  18:10 

AŞPA-da nümayəndə heyətimizin səsvermə hüququ məhdudlaşdırıla bilər





A+  A-

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin səsvermə hüququ məhdudlaşdırıla bilər.

Bu barədə məlumat AŞPA-nın rəsmi saytında yayımlanıb.

Məlumatda bildirilir ki, Parlament Assambleyasının Almaniyadan olan üzvü Frank Şvabe Azərbaycanda siyasi məhbusların olduğunu, insanların Dağlıq Qarabağdan zorakılıqla köçürüldüyünü, Assambleyanın məruzəçilərinin 2023-cü il ərzində ən azı üç dəfə Azərbaycana gedə bilməmələrini, həmçinin fevralın 7-də keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün Assambleyaya dəvət göndərilmədiyini əsas gətirərək Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsini təklif edib.

Frank Şvabenin təklifi Assambleyanın ən azı otuz üzvü tərəfindən dəstəklənib və müraciət Assambleyanın Monitorinq Komitəsinə, həmçinin rəy üçün Qaydalar Komitəsinə göndərilib.

Bildirilir ki, yanvar ayının 24-də Frank Şvabenin təklifi Assambleyada müzakirə olunacaq.

Qaydalara əsasən, Azərbaycan nümayəndə heyətinin üzvləri Assambleya qərar qəbul edənə qədər Assambleyanın digər üzvləri ilə eyni hüquqlara malik olaraq müvəqqəti otura bilərlər, lakin onlar səsvermədə iştirak edə bilməzlər.

Qeyd edək ki, Azərbaycan Parlament Assambleyasında 6 həqiqi və 6 əvəzedici üzvdən ibarət nümayəndə heyəti ilə təmsil olunur.

Səməd Seyidov (Nümayəndə heyətinin rəhbəri) , Nigar Arpadarai, Sabir Hacıyev, Rafael Hüseynov, Kamal Cəfərov, Könül Nurullayeva həqiqi üzvlər, Sevinc Fətullayeva, Tural Gəncəliyev, Pərvin Kərimzadə, Erkin Qədirli, Asim Mollazadə və Fazil Mustafa isə əvəzedici üzvlərdir./Yeniavaz.com

Xəbər 1109 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.08.2024  15:37 

Tanınmış aktyor vəfat edib -Foto

15.08.2024  15:57 

“İTV” kanalı cərimələnib


BÜTÜN XƏBƏRLƏR +