“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı


16.09.2019  15:48 

“Rusiya istəsə də dollardan imtina edə bilməz”





A+  A-

Rusiya Baş nazirinin birinci müavini, maliyyə naziri Anton Siluanov bir neçə gün əvvəl bildirib ki, 2020-ci ildə ölkə dollarla yox, avro və yuanla borc alacaq. Rusiya Mərkəzi Bankının məlumatlarına görə, ölkənin beynəlxalq ehtiyatlarında dolların payı 2017-ci illə müqayisədə 23,1 faiz enişlə, avronun isə 10 faiz qalxması ilə müşahidə olunub.
Rusiya Maliyyə Nazirliyi ölkənin tamamilə dollardan imtina etmək niyyətinin olduğunu da vurğulayır.

Maraqlıdır, doğurdan da Rusiya tərəfi dollardan tamamilə imtina edə bilər? İmtina edəcəyi təqdirdə bunun Azərbayacan üçün nə kimi təsiri olacaq ?

XəzərNews.az bildirir ki, bu barədə iqtisadçı-ekspert Natiq Cəfərli Modern.az-a danışıb.

Ekspert deyir ki, Rusiyanın bu cür bəyanatları siyasi xarakter daşıyır:
“Rusiyanın xarici ticarət balansına baxanda görürük ki, əsas ixracat məhsulları neft və qazdır. Bunların da müqavilələri dollar üzərindən, uzunmüddətli bağlanılıb. Buna görə də Rusiya istəsə belə, dollardan imtina edə bilməz. Daxili ticarətdə, Rusiya ilə Çin arasında dollardan imtina etməklə bağlı qərar 4 il bundan əvvəl verilib. Bu gün hər iki ölkənin ticarət balansına baxanda görürük ki, dollarda azalma var, amma bunun da əvəzinə avro qalxıb. Yəni 4 il bundan əvvəl avronun həcmi 7 faiz idisə, indi həmin göstərici 20 faizə yaxınlaşıb.
Bu da onu göstərir ki, iş adamları müqavilə bağlayarkən məzənnələrin tez-tez dəyişdiyini nəzərə alırlar.
Məzənnənin dəyişməyi onlara sərf etmədiyi üçün dollardan imtina avroya keçidlə əvəz olunur. Hansı xarici valyutadan da istifadə etməyin buna görə heç bir fərqi yoxdur”.
N.Cəfərli deyir ki, Amerika ilə Rusiya və Çinin münasibətləri gərgindir deyə, onlar çalışırlar ki, bu tipli siyasi bəyanatlarla dolların dünyadakı nüfuzunu aşağı salsınlar:

“Bu istək siyasi mübarizənin tərkib hissəsi kimi normal haldır. Lakin dünya ticarətinin 70 faizinin dollar üzərindən aparıldığını nəzərə alsaq, bu pul vahidinin nüfuzunun aşağı düşməsi halı olduqca çətin məsələdir. Azərbaycana gəldikdə isə xarici ticarət ixracatının 90 faizi enerji daşıyıcılarıdır. Bu müqavilələr də dollarla, uzunmüddətli bağlanılır. Buna görə də bu məsələnin Azərbaycana o qədər də təsir edəcəyini düşünmürəm”.

Xəbər 1670 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +