Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ
Ersin Tatarın Azərbaycana səfəri başlayıb
Azərbaycanda ərzaq BAHALAŞACAQ – Qiymət artımının yaratdığı DOMİNO EFFEKTİ
Prezidentdən pensiyalarla bağlı qərara MÜHÜM DƏYİŞİKLİK
FTX Azərbaycan diasporunun ofisində əməliyyat aparıb - Saxlanılanlar var
Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto


19.12.2019  14:26 

“Parkovka yerləri pulsuz olsa da, hamısından pul yığılır”





A+  A-

“Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev bir daha təsdiqlədi ki, hazırda Bakı şəhərindəki bütün parkovka yerləri pulsuzdur. Əgər kimlərsə pul yığırsa, bu qanunsuzdur və pul yığanların BNA-ya aidiyyatı yoxdur. Ona görə pulsuzdur ki, bununla bağlı proseduralar və tariflər təsdiqlənməyib”.
XəzərNews.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz feysbukda yazıb. O. Gündüzün sözlərinə görə, real vəziyyətdə isə bütün parkovkalardan pul yığılır: “Bir neçə gün öncə də mən parkovkaların, ümumiyyətlə yol hərəkətinin tənzimlənməsi ilə bağlı ötən il imzalanan Prezident fərmanının müvafiq bəndlərinin indiyədək də icra olunmadığını yazmışdım.

BNA rəsmisi bildirir ki Prezident Fərmanının icrası ilə bağlı, parkovka yerləri üçün qanuni prosedurların və tariflərin müəyyən olunması üçün Nazirlər Kabinetinə müraciət edilib. Lakin Nazirlər Kabineti hələlik bununla bağlı hər hansı addım atmayıb.

O da maraqlıdır ki, dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi sistemini tez bir zamanda qura bilirlər və dərhal da icrasına başlayırlar.
Yəni, Prezident fərmanının bu hissəsi dərhal icra edilib.

Amma qanuni parklama üçün BNA həmin fərmanla ona verilən səlahiyyətlərini yerinə yetirə bilmir, normal bir elektron sistem qurulmur və ya kimlərsə buna imkan vermirlər.

Əslində isə bütün dünyada olduğu kimi bu sahədə normal proseduralar yaratmaq, mobil tətbiq üzərindən parkovka xidmətləri əldə etmək və onlayn ödəniş etməyə imkan verən sistemi qurmaq adi bir işdir.
Görünür, kimlərinsə marağındadır ki, bu sahədə qayda-qanun yaradılmasın, onların Nazirlər Kabinetinə təsir imkanları da yetərincədir və hər gün toplanan qanunsuz vəsaitlər də bu maraqlı şirkətlərin cibinə gedir”.

Xəbər 1580 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.07.2024  16:15 

BUDADLAR, yoxsa BUDUQLAR -Video

18.07.2024  13:10 

Şahrudin “Qarabağ”da

17.07.2024  12:50 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +