“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı


20.02.2022  12:02 

Qızına 400 minlik toy etdi, işdən çıxarıldı...





A+  A-

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin keçmiş baş direktoru Qüdrət Şükürov vəzifəsini itirsə də, bu sahədə fəaliyyətini davam etdirir.

XəzərNews.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Qüdrət Şükürovun lift sahəsi üzrə ixtisaslaşmış şirkəti var. Həmin şirkətin adı “Lifttexmontaj” MMC-dir.

Araşdırmalarımız zamanı məlum olub ki, “Lifttexmontaj” MMC 3 mart 2010-cu ildə təsis edilib. Nizamnamə kapitalı 50 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Bəhruz Nuriyev küçəsi, ev 55, mənzil 2-də yerləşir. Şirkətin qanuni təmsilçisi Şükürov Namiq Balaməmməd oğludur.

Namiq Şükürov Qüdrət Şükürovun qardaşıdır. Görünür, şirkət yaradılanda Qüdrət Şükürov vəzifədə olduğu üçün MMC-nin qanuni təmsilçisi kimi qardaşının adını qeyd edib.

“Lifttexmontaj” MMC-nin adı dövlət satınalmalarında da keçir. Məlum olur ki, şirkət 2019-2020-ci illərdə ümumi maliyyə dəyəri 201 828 AZN təşkil edən 3 satınalma müsabiqəsinin qalibi olub. Müqavilələr Şirvan Şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfat İdarəsi, “1 saylı Bakı DOST Mərkəzi” Publik Hüquqi Şəxsi və Lənkəran Şəhər İcra Hakimiyyəti ilə bağlanıb.

Qüdrət Şükürov 2018-ci ildə tutduğu vəzifədən azad edilib. Onun işdən çıxarılmasının səbəbi kimi qızına dəbdəbəli toy etməsi göstərilir. Həmin vaxt yayılan məlumatlarda bildirilir ki, Qüdrət Şükürovun qızın toy xərci 400 min manat təşkil edib. İctimai müzakirələrə səbəb olan bu hadisə sonda Qüdrət Şükürovun işdən çıxarılması ilə nəticələnib.

O, vəzifəsini itirəndən sonra “Lifttəmir” İstehsalat Birliyindəki mənimsəmələrlə bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Ayrıca Qüdrət Şükürova qarşı da Cinayət Məcəlləsinin 193-1 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddəsi ilə ittiham irəli sürülüb.

“Lifttəmir” İstehsalat Birliyinin nəzdində fəaliyyət göstərən “Baklift-1” və “Baklift-2”nin rəhbərləri həbs edilib. Qüdrət Şükürov barəsindəki cinayət işinin nəticəsi barədə isə hər hansı məlumata rast gəlinmir.

Xəbər 1669 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.10.2024  20:50 

Faktiki hava açıqlandı

19.10.2024  17:23 

Kahramanmaraşda zəlzələ olub

19.10.2024  17:19 

Ərdoğan Olaf Şoltsu qəbul edib

18.10.2024  22:27 

Tağı Əhmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +