Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb


14.09.2020  14:32 

Məktəblər belə fəaliyyət göstərəcək - VİDEO





A+  A-

Yeni tədris ilindən etibarən şagirdlərin dərslərdə əyani formada iştirak etmələri üçün təhsil müəssisələri yeni sanitariya və gigiyena qaydalarını tətbiq edəcəklər.
XəzərNews.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, məktəblərə giriş və çıxış zamanı şagird və müəllimlər arasında fiziki məsafənin saxlanılması üçün girişdə xüsusi işarələr qoyulub. Məktəbə daxil olan şagirdlərin təmassız termometr vasitəsilə hərarəti ölçüləcək və hərarəti normadan yüksək olan şagirdlər evə göndəriləcək.

Məktəbin girişi və çıxışı spirt tərkibli məhlullarla təmin edilib. Şagirdlər məktəbə daxil olarkən onların müəssisə daxilində sosial məsafə saxlamalarına nəzarət olunacaq. Xəstəlik şübhəsi olan şəxs tibb otağında müayinə ediləcək və karantin otağına yerləşdiriləcək. Zərurət yaranarsa, təcili tibbi yardıma müraciət ediləcək.

Siniflərdə partalar ara məsafəsi ilə yerləşdirilib. Müəllimlər tibbi maskadan istifadə edəcək. Şagirdlərin maskadan istifadəsi isə valideynlərin seçiminə verilir.

Həmçinin yeni qaydalara görə, idman və akt zallarından, kitabxana və yeməkxanalardan istifadə dayandırılır.



Xəbər 1939 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

17.08.2024  15:37 

Tanınmış aktyor vəfat edib -Foto

15.08.2024  15:57 

“İTV” kanalı cərimələnib

13.08.2024  14:51 

Prezident sərəncam imzaladı

12.08.2024  16:05 

Putin müşavirə keçirir

11.08.2024  19:36 

Ucarda yanğın baş verib


BÜTÜN XƏBƏRLƏR +