“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı


06.02.2021  19:36 

“Mən hakimiyyətdə olsaydım, 2020-ci ildə müharibə başlamayacaqdı” - Xocalı qatili





A+  A-

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan əmindir ki, Qarabağ müharibəsindən qaçmaq olardı.
XəzərNews.az bildiri ki, Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir.

Azərbaycanın uzun müddət ərzində hər şeyi planlaşdırdığını, kifayət qədər informasiya hücumu apardığını etiraf edən Köçəryanın iddiasına görə, müharibə o vaxt başlayır ki, düşmənin qələbəyə əminliyi olur. Eks-prezident qeyd edib ki, proseslərin bu şəkildə inkişafına imkan verməmək mümkün idi.

“Əgər mən hakimiyyətdə olsaydım, əminəm ki, 2020-ci ildə müharibə başlamayacaqdı”, deyə, R.Köçəryan fikirlərini davam etdirib.

O, Qarabağda baş verən cinayətlərin, o cümlədən Xocalı soyqırımının başında dayandığını “unudaraq” özünü “sülh göyərçini” kimi təqdim etməyə çalışıb. Həmçinin bildirib ki, hakimiyyətə rəhbərlik edərdisə və o halda müharibə başlayardısa, nəticə başqa cür olardı, düşmən dayandırılardı.

Beləliklə, R.Köçəryan erməni xalqının “gözünə girmək” üçün yollar axtarır. Ancaq onun nağıllarına inanan çətin ki, tapılsın.

Xəbər 1903 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ

24.08.2024  22:13 

102 yaşlı veteran vəfat etdi

23.08.2024  14:04 

Bu gün Ukraynada Bayraq Günüdür


BÜTÜN XƏBƏRLƏR +