“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı


31.05.2018  12:54 

“Utandığımdan seçicilərimlə görüşə bilmirəm” - Deputat





A+  A-

“Fiziki şəxslərin vergilərin kəsrlə icra edilməsi sahibkarın vəziyyəti ilə bağlıdır. Bu problemin həlli üçün sahibkara dəstək edilməlidir. Yalnız bundan sonra istənilən səviyyədə vergi toplana bilər”.
XəzərNews.az xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentdə çıxışında deyib. O qeyd edib ki, bütün bunlar olmayanda sahibkarların vergi ödəmə qabiliyyətinin aşağı düşməsinə səbəb olur: “Bu gün bir sıra binalar sökülür, yerində tikilən binalarda sahibkara mülkiyyət sənədi verilmir. Yaxın gələcəkdə bu problemin nəticələri üzə çıxacaq. Nəticədə uduzan vətəndaş olacaq. Birinci növbədə islahatlar vətəndaşı nəzərə alınaraq edilməlidir. Hazırda pensiya fonduna ödənişlə bağlı qaydalar vətəndaşı fonda ödəniş etməkdə maraq yaratmır. Tikinti materiallarının qiyməti 100 fazi qalxdı. Bu isə o deməkdir, sahibkarın fəaliyyətinə təsir edəcək. Onun eyni zamanda tikdiyi binanın keyfiyyəti aşağı düşəcək.

Biz sahibkarlar üçün stimullaşdırıcı addımlar atmalıyıq. Məsələn, tələbələr universitetdə ilin sonunda imtahan verirlər. Sahibkarlara da öz fəaliyyətini canlandırmaq üçün stimulllaşdırıcı addımlar nəzərdə tutulmalıdır ki onlardan nəsə tələb olunsun. Heç nə edilmədyi halda onlardan təlabat yüksəkdir”.

Deputat Tahir Kərimli isə çalışanların iş saatının çoxluğuna etiraz edib: “İnsanlar nə vaxta qədər səkkiz saat əvəzinə 12-14 saat işlədiləcək? On minlərlə insan kənddən şəhərə işləməyə gəlir. Hamısının da əməyi istismar edilir. Hətta Cümhuriyyət bayramı günü özüm şahidi oldum ki, fəhlələr tikintidə işlədilir”.

Deputat Qənirə Paşayeva isə 2017- ci ildə Tovuzda başa çatdırılmayan layihələrin icrasına diqqət yönəldib. Həmçinin bildirib ki, müəllim olan, lakin əlillik dərəcəsi daşıyan insanlarla bağlı problem hələ də mövcud olaraq qalmaqdadır: “Müəllimliyi bitirdiyinə görə təbii ki, müəllim işləməlidir. Amma onların problemləri yerində sayır. Ona görə də bu məsələnin həlli yönündə Təhsil Nazirliyi ilə birgə müzakirələr keçirilsin”.

Deputat Fəzail İbrahimli öz növbəsində hökumətdə yer almış yeni şəxsləri, o cümlədən deputat həmkarlarını köhnələrdən, “gözü çıxmış qardaşlarından” dərs çıxarmağa çıxarıb: “Dünyanı biz qazla təmin edirik . Məsələn, seçildiyim Cəlilabadın Göytəpə şəhərinin iki küçəsi qazsızdır. Hökumətin ora qaz verməyə gücü çatmır? Bu hökumətdən nə qədər pul tələb edilir ki, 20 ildir ki, iki küçə qazsız qalıb. Burada boşluq var. O adamlardan istifadə olunur. Oranı nəhayət ki qazla təmin etmək lazımdır. Belə olsa, mən də üzüağ seçicilərimlə görüşə bilərəm. 10 ildir ki, utandığımdan seçicilərimlə görüşə bilmirəm”.

Xəbər 1225 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.10.2024  20:50 

Faktiki hava açıqlandı

19.10.2024  17:23 

Kahramanmaraşda zəlzələ olub

19.10.2024  17:19 

Ərdoğan Olaf Şoltsu qəbul edib

18.10.2024  22:27 

Tağı Əhmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +