“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır


18.06.2020  10:32 

Bu gündən Naxçıvana uşuş başlayır





A+  A-

Bu gündən etibarən “Azərbaycan Hava Yolları” Bakı-Naxçıvan-Bakı istiqamətində daxili reyslərin yerinə yetirilməsinə başlayır.
AZAL-dan XəzərNews.az-a verilən məlumata görə, Naxçıvan istiqamətində reyslərə yalnız COVID-19 üçün müayinədən keçərək neqativ nəticə alan sərnişinlər buraxılacaq.
İki reys həyata keçiriləcək – Bakıdan uçuş saat 12:00 və 15:00-da, Naxçıvandan uçuş isə saat 14:10 və 17:00-da baş tutacaq.
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər həftədə iki dəfə - ikinci və dördüncü günlər “Embraer E-190” hava gəmilərində yerinə yetiriləcək.

Qeyd edilməlidir ki, sayt vasitəsilə aviabiletlər sərnişinə məxsus olan kredit kartı ilə alınmalıdır və reysə qeydiyyat zamanı yoxlanılacaq. Kredit kartının sahibi sərnişinlər qrupunun tərkibinə daxil olduğu təqdirdə bir kredit kartı ilə bir neçə aviabilet alına bilər.

Müvafiq reysə aviabiletlərin satışı uçuşdan 72 saat əvvəl bağlanacaq. Daxili reyslərdə sərnişinlərin qeydiyyatı uçuşdan 3 saat əvvəl başlayır.
TƏBİB laboratoriyasında müayinə üçün qeydiyyatdan keçmək məqsədilə, aviabilet aldıqdan sonra sərnişinə https://randevu.its.gov.az/ saytına daxil olaraq aviabiletin nömrəsini qeyd etmək təklif olunacaq. Sistem vasitəsilə avtomatik qaydada müayinə tarixi və Bakı yaxud Naxçıvan ərazisində tövsiyə olunan laboratoriyanın ünvanı təyin ediləcək.

Reysin uçuşundan ən gec 48 saat əvvəl və ən tez 72 saat əvvəl COVID-19 üçün müayinədən keçmək lazımdır. Sərnişin müayinədən keçməkdən imtina etdikdə, habelə müayinənin nəticələri müsbət olduqda reysə buraxılmayacaq, aviabilet üçün ödənilmiş məbləğ isə geri qaytarılacaq.

Qeyd etməliyik ki, Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin daha tez-tez yerinə yetirilməsinə ölkədə epidemioloji vəziyyətdən asılı olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə icazə verilməlidir.

Xəbər 1583 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ

24.08.2024  22:13 

102 yaşlı veteran vəfat etdi

23.08.2024  14:04 

Bu gün Ukraynada Bayraq Günüdür


BÜTÜN XƏBƏRLƏR +