“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır


26.05.2017  09:46 

Amerikada “Azərbaycan Milli Günü” elan edildi





A+  A-

ABŞ-ın Kaliforniya ştatının Qərbi Hollivud şəhərində mayın 28-i “Azərbaycan Milli Günü” elan edilib.
Bu barədə XəzərNews.az-a Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan məlumat verilib.
Məlumata görə, bununla bağlı şəhər meri Con Heylman və Şəhər Şurasının üzvləri tərəfindən yekdilliklə müvafiq bəyannamə qəbul edilib.
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna göndərilən bəyannamədə, Azərbaycanın 1918-ci il mayın 28-də müstəqilliyini elan edərək, demokratik respublika (ADR) təsis etdiyi və İslam dünyasında ilk dünyəvi parlamentli respublika qurduğu bildirilib. Həmçinin qeyd olunub ki, bu respublika ABŞ və digər demokratik dövlətlər tərəfindən tanınmışdı.
Sənəddə qeyd olunub ki, ADR dövründə dini etiqadından, cinsindən, irqindən və etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara səsvermə hüququ verib. Nəzərə çatdırılıb ki, Azərbaycanda qadınlara səsvermə hüququ ABŞ-dan da bir il öncə verilib.
Müstəqilliyin bərpasından keçən dövr ərzində Azərbaycanın öz suverenliyini və müstəqilliyini möhkəmləndirdiyi və mühüm önəmə malik Xəzər regionunda ABŞ-ın güclü müttəfiqinə və strateji tərəfdaşına çevrildiyi vurğulanıb.
Həmçinin qeyd olunub ki, ABŞ-da və dünyanın müxtəlif yerlərində yaşayan milyonlarla azərbaycanlı 28 mayı Milli Gün kimi qeyd edir.
Bəyannamənin sonunda vurğulanıb ki, 28 may tarixi Qərbi Hollivud şəhərində “Azərbaycan Milli Günü” elan edilib və bütün şəhər sakinləri bu bayramı qeyd etməyə dəvət edilib.
Qeyd edək ki, Kaliforniyanın Santa Monika və Torrens şəhərlərində də 28 may tarixi “Azərbaycan Milli Günü” elan edilib. Həmçinin, Los Anceles Vilayətinin Nəzarətçilər Şurası, Los Anceles Vilayətinin Qiymətləndiricisi və Kaliforniya Senatoru Ben Allen də Baş Konsulluğa müvafiq təbriknamələr göndəriblər.

Xəbər 1241 dəfə oxunub.




27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ

24.08.2024  22:13 

102 yaşlı veteran vəfat etdi

23.08.2024  14:04 

Bu gün Ukraynada Bayraq Günüdür


BÜTÜN XƏBƏRLƏR +