“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı


29.09.2017  14:32 

“Prezident bunu qeyri-normal hesab edir” - Səfa Mirzəyev





A+  A-

“Hər bir qanunvericiliyin təkmilləşdiriməsi lazımdır. Bu baxımdan Prezident İlham Əliyevin bu il fevralın 10-da verdiyi sərəncam çox böyük əhəmiyyət kəsb edir. Bu illər ərzində Cinayət Məcəlləsində xeyli dəyişikliklər aparılıb. Eyni zamanda, prezident dəfələrlə əfv sərəncamları verib, Milli Məclis Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə amnistiya aktları qəbul edib. Biz çalışmışıq ki, qanunlarımız bir tərəfdən sərt, icra olunan olsun, o biri tərəfdən isə insanlara qarşı yönəlməsin, insanlara ədalətli tətbiq edilsin”.
XəzərNews.az Modern.az-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstək Şurası ilə birgə təşkilatçılığı ilə keçirilən, Cinayət qanunvericiliyinin humanistləşdirilməsi ilə bağlı Azərbaycan prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamına əsasən hazırlanan “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin ictimai dinləməsində çıxışı zamanı deyib.

Aparat rəhbəri bildirib ki, keçmiş SSRİ respublikalarında elə bir praktika yoxdur ki, dövlət başçısı azadlıqdan məhrumetmə ilə bağlı öz narahatlığını bildirsin.

“Narahatlıq da odur ki, həbs qətiimkan, azadlıqdan məhrumetmə tədbirləri çox tətbiq edilir. Prezident bunu qeyri-normal hesab edir. Biz də hüquq ictimaiyyəti olaraq, bununla şərikik”.


S.Mirzəyev qeyd edib ki, peşəkar cinayətkarlığa qarşı mübarizə aparılmalıdır. Ancaq yolunu azmış, müəyyən hallarda qanunu pozmuş şəxslərə qarşı humanist münasibət göstərmək lazımdır.

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi prezident tərəfindən MM-ə daxil olub. Layihə əsasən 4 istiqamətdən ibarətdir. Bu istiqamətlər əsasən cinayətin dekriminallaşması və bunun nəticəsində daha geniş alternativ cəzaların tətbiqidir. Layihədə mövcud alternativ cəza növlərinin daha geniş tətbiqi, yeni alternativ cəza növlərinin Cinayət Məcəlləsinə gətirilməsi nəzərdə tutulur.

Layihədə eyni zamanda qeyd edilir ki, cinayət iqtisadi, maliyyə, təsərrüfat fəaliyyəti ilə bağlıdırsa, cinayətin ictimai təhlükəsi onun vurulmuş ziyanı ilə müəyyən edilərsə, həmin hallarda vurulmuş ziyan tam ödənilirsə, onda ya tamamilə cinayət məsuliyyətindən azad olunma, yaxud da yüngül cəza növləri tətbiq olunsun:

“Cəza tətbiq olunarkən cəzadan vaxtından əvvəl şərti azad olunmanın genişləndirilməsi, azadlıqdan məhrum etmə cəzasının alternativ cəzalarla əvəz edilməsi vacib məqamlardandır. Bütün bunlar onu göstərir ki, ölkə başçısı sadə insana, bu ölkədə fəaliyyət göstərən, onun iqtisadiyyatının inkişafı üçün zəhmət çəkən insanlara çox böyük diqqətlə yanaşır”.

Xəbər 1250 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.10.2024  20:50 

Faktiki hava açıqlandı

19.10.2024  17:23 

Kahramanmaraşda zəlzələ olub

19.10.2024  17:19 

Ərdoğan Olaf Şoltsu qəbul edib

18.10.2024  22:27 

Tağı Əhmədov vəfat edib

18.10.2024  16:33 

Balakəndə yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +