Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək


03.08.2021  13:09 

Niyaz Niftiyevin işi üzrə məhkəmə istintaqı yekunlaşdı - VƏKİLDƏN AÇIQLAMA





A+  A-

Ötən ilin aprelində keçirilən əməliyyat zamanı saxlanılan Binəqədi Bələdiyyəsinin sədri, tanınmış jurnalist Niyaz Niftiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
XəzərNews.az Yenicag.az-a istinadən xəbər verir ki, məhkmə iclasında 5 şahid dindirilib, onlar Niyaz Niftiyevin xeyrinə ifadə veriblər.

Niyaz Niftiyevin vəkili Ənnağı Məmmədli Yenicag.az-a açıqlamasında məhkəmə istintaqının qurtardığını qeyd edib:

“Bu gün beş şahid dindirildi, onların hər biri ayrı-ayrılıqda ifadə verdilər. İfadələrində bildirdilər ki, bələdiyyədən aldıqları arayışlar Binəqədi qəsəbə bələdiyyəsi ərazisində yaşamaları və sahibkarlıq fəaliyyətilə məşğul olmaları ilə bağlı olub. Üç şahid bildirdi ki, məişət tullantılarına görə borcları olmadığı üçün onlardan arayışla bağlı hər hansı məbləğdə bul alınmayıb. Digər ikisi isə məişət tullantısı ilə bağlı on səkkiz manat borcları olduğu üçün onu ödəyiblər, əlavə pul verməyiblər. Şahidlərdən biri oxuma bacarığının olmadığını, ifadəsi alınarkən nə yazıldığını bilmədiyini və müstəntiqin ona qol çəkdirdiyini qeyd etdi. İfadə elan olunduqdan sonra məlum oldu ki, həqiqətən də, onun oxuma qabiliyyəti yoxdur.

Məhkəmə istintaqının qurtarması elan olundu, sənədlərin tədqiqi prosesinə başlanıldı”.

Qeyd edək ki, növbəti məhkəmə iclası avqustun 9-na təxirə salınıb.

Xatırladaq ki, N.Niftiyevə qarşı Cinayət Məcəlləsinin 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə ittiham irəli sürülüb.

Sonradan bu maddələr dəyişdirilib, prokurorluqda ona Azərbaycan Respublikası CM-nin 309.1, 311.3.1, 311.3.2 və 313-cü maddələri ilə ittiham irəli sürülüb.

N. Niftiyev uzun müddət jurnalist fəaliyyəti ilə məşğul olub. O, Mətbuat Şurası İdarə Heyətinin üzvüdür. Azadinform.az saytının rəhbəri idi.

Xəbər 1839 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.08.2024  15:37 

Tanınmış aktyor vəfat edib -Foto

15.08.2024  15:57 

“İTV” kanalı cərimələnib


BÜTÜN XƏBƏRLƏR +