Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb


16.02.2021  18:47 

DİN zəncirlədiyi şəxsin videosunu çəkən mağaza sahibi ilə bağlı hərəkətə keçdi





A+  A-

Sosial şəbəkələrdə Sabunçu rayonu ərazisində yerləşən mağazaların birindən oğurluq etdiyi iddia olunan şəxsin mağaza sahibi tərəfindən zəncirlənməsi ilə bağlı görüntülər yayılıb.
XəzərNews.az xəbər verir ki, görüntülərdən aydın olur ki, mağaza sahibi bu üsulla "oğurluq edən" şəxsi cəzalandırmaq istəyir. Videoda mağaza sahibinin üzü görünməsə də, danışığı aydın eşidilir: “Mənim dükanıma niyə girmisən? Niyə oğurluq etmisən? İt kimi qalacaqsan burada”. Yayılmış görüntülərlə əlaqədar DİN Mətbuat Xidməti ilə əlaqə saxladıq.

Bildirildi ki, sosial şəbəkə seqmentlərində yayılan videogürüntülər araşdırılır.

“Hadisə Sabunçu rayonunda qeydə alınıb. Həmin şəxsin kimliyi müəyyən olunaraq, müvafiq polis orqanına dəvət olunub. Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcəkdir”.

Xəbər 2442 dəfə oxunub.




17.08.2024  15:37 

Tanınmış aktyor vəfat edib -Foto

15.08.2024  15:57 

“İTV” kanalı cərimələnib


BÜTÜN XƏBƏRLƏR +