Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib


06.10.2022  13:44 

Məktəbdə pomidor-yumurta bişirən şagirdlərə təzyiq edilir





A+  A-

Bakıdakı 48 saylı tam orta məktəbin ətrafında yaranmış ajiotaj səngimək bilmir.

XəzərNews.az xatırladır ki, ötən gün sosial şəbəkələrdə sözügedən təhsil ocağında 10-cu sinif şagirdlərinin sinifdə pomidor-yumurta bişirməsi ilə bağlı görüntülər yayılıb.

Bundan sonra məktəbin direktoru Aynurə Bağırova qəfldən “xəstələnərək” məzuniyyətə çıxıb. Bu gün isə məktəbə Elm və Təhsil Nazirliyinin xüsusi komissiyası yola düşüb.

Aldığımız məlumata görə, nazirlik rəsmiləri şagirdlərin nəzarətsiz qalmasının səbəbini araşdırmaqdan çox məlum videogörüntüləri çəkən və sosial şəbəkələrdə yayan məktəbliləri hədəfə götürüb. Hadisənin iştirakçısı olan şagirdlərin ciddi təzyiqə məruz qaldığı bildirilir. Nazirlik rəsmiləri onlara sinifdə saxlanılacaqları ilə bağlı hədə-qorxu gəliblər. Onlar bu yolla həm də digər şagirdlərin “gözünü qorxutmaq” istəyiblər.



Məktəbdən verilən məlumata görə, təzyiqlərə dözməyən şagirdlərin bir neçəsi ağlayaraq, bu barədə valideynlərini məlumatlandırıb. 48 saylı tam orta məktəbə gələn valideynlər isə övladlarının deyil, onları sinif otağında nəzarətsiz qoyan, məktəbdə ciddi nizam-intizam yarada bilməyən rəhbərliyin cəzalandırılmasını tələb ediblər.

Yusif Xəzər

Xəbər 8148 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

01.10.2024  18:22 

Sabah bu ərazilərdə su olmayacaq


BÜTÜN XƏBƏRLƏR +