Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək


12.06.2020  10:19 

Çimərlikdə bu qaydalara əməl etməlisiz





A+  A-

“Qaradağ, Səbail, Binəqədi, Xəzər rayonlarında ötən il yaradılmış 6 ictimai çimərlik dəniz mövsümünə tam hazırdır”.
XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Bayram Həsənov REAL TV-yə açıqlamasında deyib. Bildirib ki, çimərlik ərazisində vətəndaşları qaydalar barədə məlumatlandıracaq lövhələr vurulub:

“Çimərlik taxtaları arasında 2 metr, çətirlər arasında isə 4 metr məsafə nəzərdə tutulub. Vətəndaşlar arasında sosial məsafənin qorunması üçün ərazidə iplər çəkilib. İyunun 15-dən sonra çimərlikdə tibb məntəqələri də fəaliyyət göstərəcək. Biz inanırıq ki, görülmüş bu tədbirlər digər çimərliklər üçün də nümunə olacaq”.

Qeyd edək ki, iyun ayının 15-dən ölkədə çimərlik mövsümünə start veriləcək.

Xatırladaq ki, Türkiyə Səhiyyə Nazirliyinin koronavirusla bağlı qərargahının nümayəndəsi, uzman həkim Səma Turan dənizdə duz miqdarı yüksək olduğundan virusun canlı qala bilmə ehtimalının aşağı düşdüyünü və hovuzlara nisbətən daha az təhlükəli olduğunu bildirmişdi.



Xəbər 1526 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.08.2024  15:37 

Tanınmış aktyor vəfat edib -Foto

15.08.2024  15:57 

“İTV” kanalı cərimələnib

13.08.2024  14:51 

Prezident sərəncam imzaladı


BÜTÜN XƏBƏRLƏR +