Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident


08.10.2018  11:36 

Cahangir Əsgərov ailə holdinqinin rəhbərini dəyişdi - AZAL prezidentindən 400 milyon tələb olunur





A+  A-

“Silk Way Holding” MMC-nin prezidenti Zaur Axundov vəzifəsindən azad edilib.
XəzərNews.az bildirir ki, bu haqda “AzPolitika.info”ya özəl mənbələrdən məlumat daxil olub. Məlumatda bildirilir ki, “Silk Way Holding” MMC-nin prezidenti vəzifəsi hələlik Zaur Axundovun müavininə tapşırılıb.

Bundan əlavə, holdinqin tərkibinə daxil olan “Silk Way Connect” MMC-nin rəhbəri də dəyişib. Belə ki, Emin Etibar oğlu Ələkbərzadəni Zaur İbrahim oğlu Nəsirov əvəz edib. O, həm də holdinqə daxil olan “Silk Way Bank” ASC-nin Audit komitəsinin üzvü, “Silk Way Insurance” ASC-nin isə Təftiş komissiyasının sədridir.

Eyni zamanda “Silk Way Holding” MMC-nin bu il aprelin 24-də təsis etdiyi “Silk Way Connect” MMC-nin nizamnamə kapitalı kəskin artırılaraq 200 manatdan 1 mln. ABŞ dollarına çatdırılıb.

Sayt xatırladır ki, “Silk Way Holding” AZAL prezidenti Cahangir Əsgərovun biznes imperiyasına daxildir. 4 iyul 2006-cı ildə C.Əsgərovun yaxın qohumlarından birinin adına təsis etdiyi holdinq, qısa müddətdə bir imperiyaya çevrilib. Rəsmi hesabatlara görə, AZAL prezidenti Cahangir Əsgərovun ailə üzvləri – həyat yoldaşı Zərifə Həmzəyeva, qızları Məlahət və Cəmilə aviaşirkətin infrastrukturundan istifadə edən «Silk Way Holding» şirkətlər qrupunun, qrupa daxil olan sığorta şirkətinin və bankın əsas payçılarıdır.



Mənbənin məlumatına görə, C.Əsgərovun Zaur Axundovu vəzifəsindən azad etməsinə səbəb “Silk Way Holding”in fəaliyyəti üçün Beynəlxalq Bankdan götürülmüş kreditlərin qaytarılmasında çox ciddi problemlərin yaranmasıdır. Belə ki, “Silk Way Holding” qurulduqdan sonra Beynəlxalq Bankdan 400 milyon dollar kredit götürülüb.

Yəqin ki, digər vəzifəli şəxslərin şirkətlərinə, himayələrindəki iş adamlarına verilən 100 milyonlarla kredit kimi, bu halda da hər hansı girov tələb olunmayıb. Sadəcə, AZAL prezidentinin o zaman Beynəlxalq Banka rəhbərlik edən adaşından xahişi 400 milyonun “Silk Way Holding” ayrılması üçün kifayət edib. Görünür ortada girov olmadığından, şirkət kreditləri qaytarmağa maraq göstərməyib. Ancaq Prezidentin fərmanı ilə Beynəlxalq Bankın problemli kreditlərinin “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətinə dövr edilməsi və onun rəhbəri “şapka Mamed” kimi tanınan Məmməd Musayevə istənilən vasitə ilə pulların yığılmasının tapşırılması vəziyyəti dəyişib.

Məlumata görə, hazırda Cahangir Əsgərovdan Beynəlxalq Bankdan götürülmüş kreditlərin qaytarılması tələb olunur. Lakin çox ciddi nağd pul problemi üzündən C.Əsgərov bu tələbi yerinə yetirə bilmir. Elə Cahangir Əsgərovun da buna görə, yəni Beynəlxalq Bankdan götürülən kreditlərin qaytarılmamasının məsuliyyətini “Silk Way Holding”in rəhbərliyinin üzərinə qoymaq üçün Zaur Axundovu vəzifəsindən azad etdiyi bildirilir. Hətta inandırıcı olsun deyə AZAL prezidentinin “Silk Way Holding”də təftiş başlatdığı da qeyd olunur. Bununla C.Əsgərovun vaxt qazanmağa çalışdığı, yoxsa ümumiyyətlə 400 milyonu qaytarmaq istəmədiyini söyləmək çətindir.

Ancaq əsas ofisi beynəlxalq hava limanında yerləşən “SW Holding”in qazancı qarşısında 400 milyonun elə də böyük pul olmadığını söyləyə bilərik. Bu holdinqin tərkibinə əsasən aviasiya sahəsində fəaliyyət göstərən xeyli sayda şirkət daxildir. Hansı ki, bu şirkətlər vasitəsilə Cahangir Əsgərov böyük pullar qazanır. Holdinqə daxil olan şirkətlərdə minlərlə insanın çalışması onun biznes imperiyasının həcmini təsəvvür etməyə imkan verir.



Holdinqə daxil olan şirkətlər bunlardır: Airport Gate; Airport Hotel; Azal Sığorta; Baku Cargo Terminal (BCT); Duty Free; Euroasian Cargo; Ground Handling Company (GHC); Silk Way Airlines; Silk Way Bank; Silk Way Business Aviation; Silk Way Construction; Silk Way Helicopter Services (SWHS) ; Silk Way Technics (SWT); Silk Way Information Technologies (SWIT); SW Catering & Supply; Sky Catering ; SW Travel; Turan Air və sair.

Qeyd edək ki, Əsgərov bu holdinqi yaratmaqla «AZAL» QSC-yə, yəni dövlətə məxsus gəlirli sahələri öz şirkətlərinə transfer edib. Bu qurumun bütün gəlirli sahələri Əsgərovun «Silk Way Holdinq»inə transfer olunub. Cahangir Əsgərov bu holdinq vasitəsi ilə Azərbaycan SƏMASINI sözün həqiqi mənasında İNHİSARA ALIB və bu sahədən HƏR İL külli miqdarda qazanc götürür. Təkcə karqo daşınmalardan – xarici ticari əməliyyatlardan Əsgərovun holdinqinin qazancı 100 milyonlarla ölçülür.

Belə ki, karqo daşınmaları Əsgərovun holdinqinin offşor kampaniyalar vasitəsilə həyata keçirdiyi bildirilir. Bu da holdinqə ildə bir neçə yüz milyon dollar gəlir gətirir. Yükdaşımaların böyük hissəsi «Silk Way” Aviaşirkəti vasitəsilə həyata keçirilir.



Rəsmi statistikaya əsasən, 2003-cü ildə hava nəqliyyatında daşımalardan 133 milyon manata yaxın gəlir əldə edilmişdi. 2006-cı ildə bu gəlirlər 223 milyon manatı keçdi, 2007-ci ildə 327 milyon manata yaxın oldu. 2011-ci ildə isə hava daşımalarından əldə edilmiş gəlirlər 558 milyon manata yaxın idi. 2012-ci ildə gəlirin həcmi 617 milyon, 2013-cü ildə 780 milyon manata yaxın, 2014-cü ildə 1 milyrd 400 milyondan artıq, 2015-ci ildə 1 milyard 680 milyon, 2016-cı ildə 2 milyardan artıq, 2017-ci ildə isə 2 milyard 200 milyon manatdan artıq olub. Bu il bu rəqəmin daha da artacağı şübhə doğurmur. Hələ qeyri-rəsmi gəlirləri demirik. Bu vəsaitlərin əhəmiyyətli hssəsi isə məhz «Silk Way Holdinq»in büdcəsinə yönəldilir. Holdinqin tərkibindəki digər şirkətlərin də gəliri 10 milyonlarla ölçülür.

Belə böyük qazanc əldə edən holdinqin Beynəlxalq Bankdan götürdüyü 400 milyon dollar krediti qaytarmamasını, əlbəttə, məntiqlə izah etmək çətindir. Ancaq unutmayaq ki, Azərbaycanda yüksək rütbəli məmurların bir çoxu dövlətdən yalnız almağa öyrəşib. Ona görə də, C. Əsgərovun 400 milyonu geri qaytarmaq üçün müxtəlif üsullara əl atması elə də təəccüblü deyil…

Xəbər 3591 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib

03.11.2024  23:19 

Qəzzada ölənlərin sayı artdı

02.11.2024  19:36 

Türkiyədə zəlzələ baş verib


BÜTÜN XƏBƏRLƏR +