İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ


19.07.2023  09:00 

“Fərid nə Azərbaycan, nə də İran tərəfdən vəkillə təmin olunub” - Fərid Səfərlinin anası





A+  A-

Bu ilin martında İranda casusluq ittihamıyla həbs olunan azərbaycanlı tələbə Fərid Səfərlinin anası Dilarə Əsgərova oğlunun müdafiəsiz qaldığını deyir.

XəzərNews.az xəbər verir ki, ana bununla əlaqədar Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova müraciət edib.

Oğlunun Azərbaycanla İran arasındakı gərginləşən münasibətlərin qurbanı olduğunu düşünən Dilarə Əsgərova gileylənir ki, indiyədək Fərid Səfərliyə öz ölkəsi vəkil tutmayıb.

“Dörd aydan yuxarıdır ki, oğlum Fərid heç bir cinayət törətmədiyi halda, İranda həbsdə saxlanılır. Onun hüquqları pozulur, məhkəmədə fars dilində dindirilir. Bu günə qədər Fərid nə Azərbaycan, nə də İran tərəfdən vəkillə təmin olunub. O, cinayətkar olsaydı, heç kimə ağız açmazdım. Hamı yaxşı bilir ki, Fərid Azərbaycan vətəndaşı olduğuna görə həbs edilib. Sizdən xahiş edirəm, Azərbaycan dövləti adına onun müdafiəsi üçün səylərinizi əsirgəməyəsiniz”, – Fərid Səfərlinin anası nazirə müraciətində yazır.

Dilarə Əsgərova oğlunun vəkillə təmin olunması prosesinin sürətlənməsini, övladı ilə yenidən telefonla danışmasına və görüşməsinə şərait yaradılmasını xahiş edir. Onun daha bir istəyi isə konsulluq əməkdaşlarının Fərid Səfərlinin məhkəməsində iştirakıdır.

Fərid Səfərli həbsdə olduğu dörd aydan artıq müddətdə cəmi iki dəfə anasıyla telefonla danışıb.

Bu ilin martında İranda yoxa çıxan Fərid Səfərlinin casusluq ittihamıyla həbsdə saxlandığı iyunun əvvəlində məlum olub.

Dilarə Əsgərova bildirib ki, casusluq ittihamı tamamilə əsassızdır. O, oğlunun Azərbaycan vətəndaşı olduğuna görə həbs edildiyini düşünür.

Dilarə Əsgərovanın sözlərinə görə, oğlu fevralın 20-də Almaniyadan İrana Jena Universitetində təhsil almış iranlı həkim qız dostunu görməyə gedib. O, martın 3-nə qədər ailəsi, dostlarıyla əlaqə saxlayıb. Hətta martın 3-də dostlarından xahiş edib ki, ona geri qayıtmaq üçün bilet alsınlar. Fərid Səfərli üçün martın 4-nə Tehran-İstanbul-Berlin reysinə bilet alınsa da, o, geri qayıtmayıb. Ümumiyyətlə, martın 4-dən onunla əlaqə saxlamaq mümkün olmayıb. Araşdırma zamanı məlum olub ki, o, təyyarəyə də minməyib.

Xəbər 976 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.08.2024  19:07 

Hakan Fidan Misirə səfər edəcək

03.08.2024  18:58 

Laçında mina hadisəsi baş verib

03.08.2024  18:54 

Sumqayıtda bıçaqlanma olub

03.08.2024  15:39 

İranda nə baş verir?

02.08.2024  14:40 

Rza Rzayev azadlığa buraxılıb

01.08.2024  12:01 

Hikmet Elp mükafatlandırıldı

30.07.2024  13:38 

TƏBİB-dən yeni təyinat -Foto


BÜTÜN XƏBƏRLƏR +