İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ


17.03.2017  15:21 

Yunanıstan səfiri Azərbaycan XİN-ə çağırıldı - ETİRAZ





A+  A-

Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin nümayəndəsi kimi özünü təqdim edən Karen Mirzəyan adlı şəxsin 13-15 mart tarixlərində Yunanıstana səfəri ilə əlaqədar Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsounqas Xarici İşlər Nazirliyinə çağırılıb və ona sözügedən məsələ ilə bağlı Azərbaycanın narazılığı və narahatlığı çatdırılıb.
Bu barədə XəzərNews.az-a Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

Onaun sözlərinə görə, səfirə bildirilib ki, həmin “səfər” iki ölkə arasında dostluq münasibətlərinin əsasını təşkil edən və 2014-cü ildə iki ölkənin XİN-ləri arasında imzalanmış Avropa İttifaqı məsələləri üzrə əməkdaşlıq haqqında Memorandumda əksini tapan suverenlik, müstəqillik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliklə ziddiyyət təşkil edir.
Həmçinin, görüşdə Yunanıstan vətəndaşlarının Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfərlərinin qarşısının alınması üçün Yunanıstan tərəfindən öz vətəndaşlarına bu kimi səfərlərin qeyri-qanuniliyi və hüquqi məsuliyyət ehtiva etməsi barədə xəbərdarlıq edilməsi təklif edilib.

Yunanıstan səfəri Dimitrios Tsounqas ölkəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini və məsələ ilə əlaqədar Azərbaycanın narahatlıq və narazılığının ölkəsinə çatdırılacağını deyib.

Yunanıstanın Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Yunanıstandakı səfirliyinə bildirib ki, bu, “şəxsi səfər” xarakteri daşıyır və K.Mirzəyan adlı şəxslə heç bir hökumət rəsmisi görüş keçirməyib.

“Ümumiyyətlə, Avropa İttifaqı tərəfindən digər separatçı rejimlərin “nümayəndələri”nə tətbiq edilən səfər qadağasının Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimə münasibətdə bəzi üzv dövlətlər tərəfindən seçimli tətbiqi ciddi təəssüf və narahatlıq doğurur. Karen Mirzəyan və qondarma rejimin digər “nümayəndə”ləri Ermənistanın diplomatik pasportları ilə xarici səfərləri həyata keçirirlər. Bu kimi təxribatçı səfərlər aqressiv separatizm, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı nəticəsində yaradılmış qondarma rejimin təşviqinə xidmət etməklə bərabər, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin danışıqlar yolu ilə həllinə xələl gətirir və regionda vəziyyətin gərginləşməsinə xidmət edir”,-Hikmət Hacıyev deyib.

Xəbər 2664 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.08.2024  19:07 

Hakan Fidan Misirə səfər edəcək

03.08.2024  18:58 

Laçında mina hadisəsi baş verib

03.08.2024  18:54 

Sumqayıtda bıçaqlanma olub

03.08.2024  15:39 

İranda nə baş verir?

02.08.2024  14:40 

Rza Rzayev azadlığa buraxılıb

01.08.2024  12:01 

Hikmet Elp mükafatlandırıldı

30.07.2024  13:38 

TƏBİB-dən yeni təyinat -Foto


BÜTÜN XƏBƏRLƏR +