Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb


02.04.2019  14:18 

“Şərurlu İsfəndiyar məndən 80 min pul istəyib” - Qalmaqallı iş adamından şikayət





A+  A-

“Şərurlu İsfəndiyar zərərçəkmiş insanların hərəsinə bir söz deyir. Kimindən pul istəyib, kiməsə deyib ki, dəymiş ziyanın yarısını verəcək, başqalarına deyib ki, mənzil filan yoxdur”
XəzərNews.az bildirir ki, bu sözləri “Qafqazinfo”ya “Şərurlu İsfəndiyar” kimi tanınan tikinti maqnatından narazı olan bir qrup şikayətçi redaksiyamıza müraciətində deyib.

Onlar qeyd edir ki, 2008-2011-ci illərdə “Kamran MMC”-nin Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi 34b ünvanında tikdiyi binadan mənzil alıblar: “Sonradan “Kamran-MMC”nin rəhbərliyini dələduzluq etdiyinə görə həbs etdilər. Binanın tikinti işlərini davam etdirmək “Şaiq MTK”ya həvalə olunub.

“Şaiq MTK” və “Kamran MMC” nin razılaşması belə olub ki, zərərçəkmişlərin öhdəliyini birincisi öz üzərinə götürsün. Bakı Ağır Cinayətlər Məhkəməsi də 150 nəfəri zərərçəkmiş kimi qəbul edib. Şərurlu İsfəndiyarın şərtləri ilə razılaşıb əlavə pul ödəyənlər mənzillə təmin olunublar. 34 ailə isə bununla razılaşmadı. Şərurlu İsfəndiyar üzbəüz görüşündə zərərçəkmiş kimi Əkbərli Səiddən 80 min manat pul istəyib. Şəmşiyev Alıdan hər kvadret metrə görə əlavə 150 manat istəyib. O, bacısı üçün də mənzil alıb. Bacısının həyat yoldaşı Kazımov Arif Nəbi oğlunun 1997- ci ildə şəhid olub. Ailə başçısı şəhid olduqdan sonra bacısına ev almaq üçün nəzarəti Ş. Alı öz üzərinə götürüb.

Yaşar İbrahimova deyib ki, ev ya pul istəyirsən? Ev istəyirəm dedikdə, ona bildirib ki, gedib evini hökumətdən alsın. Əhmədov Mahir 56 min verib evin pulunu ödəsə də, ona deyib ki, ödədiyi pulun 50 faizini qaytara bilər. Benyaquyev Emilə deyib ki, nə ev, nə də ki pul var. Bizim mənzillərimizi təkrar başqasına satıblar. Zərərçəkmişlərdən eləsi var ki, bu illər ərzində çəkdikləri sıxıntıdan vəfat ediblər.

Biz bu günlərdə ölkə rəhbərliyinə də müraciət etmişik. İnanırıq ki, bizim hüquqlarımız bərpa olunacaq. Aldığımız mənzillərlə təmin oluna cağıq”.

Qeyd edək ki, yuxarıda adıçəkilən şəxslər 11 ildir ki, “ Şaiq MTK” ilə mübarizə aparırlar. Bu müddət ərzində bir çoxları kirayədə ya qohum evində qalıblar. Bildirirlər ki, evləri əllərindən alındığına görə bir çoxu xəstəliyə tutulublar. Əksəriyyət şikayətçi də mənzillərinin pulunu ödəyib qurtararaq maliyyə arayışı da alıb.

Xatırladaq ki, Şərurlu İsfəndiyar saytımıza açıqlamasında zərərçəkmişlərdən əlavə pul tələb etmədiyini bildirmişdi.

Xəbər 1817 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

11.10.2024  14:46 

İraqdakı Azərbaycan: Türkmanlar

10.10.2024  18:17 

Elza Rozanı məhkəməyə verib

10.10.2024  12:14 

Tramp debatdan imtina edib


BÜTÜN XƏBƏRLƏR +