Ramiz Mehdiyevin qızı illərlə gözlədi - İndi pulun yarısını istəyir
“Sionist İsrail və Şeytan Amerika“ İranı necə xilas etdi?
Özlərini Neftçalada batıranlar... -Vəfa nağılı bitdi
Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu


27.01.2019  10:17 

Əfv Komissiyası müraciətləri qəbul edir - Bayramda sərəncam gözlənilir





A+  A-

“Əfv Komissiyasının katibliyi və əfv sektoru daim işləyir, müətmadi olaraq müraciətləri qəbul edir. Bu il böyük ehtimalla Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir”.
XəzərNews.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Prezident yanında Əfv məsələləri komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib.

Komissiya üzvü qeyd edib ki, daxil olan müarciətlərlə bağlı aidiyyatı üzrə arayışlar hazırlanır:

“Müraciətlərlə bağlı qanunvericilikdə nəzərdə tutulmuş addımlar atılır. Bütün prosedurlar tamamlandıqdan sonra müvafiq arayışlar Əfv Komissiyasının sədri Ramiz Mehdiyevə təqdim olunacaq. Yenə də qanunvericiliyn tələblərinə görə sədrin təşəbbüsü ilə iclaslar çağırılacaq. Hələ ki, iclasların vaxtı bəlli deyil. Ümumilikdə əfv sərəncamının verilməsi təbii olaraq, Prezidentin konstitusion səlahiyyətlərinə daxildir. Ona görə də əfv sərəncamının verilib-verilməməsilə bağlı son sözü də ölkə rəhbərliyi deyəcək”.

Ə.Nuriyev Prezidentin təşəbbüsü və humanist addımı ilə hər il Novruz bayramı ərəfəsində əfv sərəncamlarının verilməsinin ənənə halını aldığını vurğulayıb. Ona görə bu ilin də istisna olmayacağı gözlənilir.

Komissiya üzvü hüquq müdafiəçilərinin təqdim etdiyi siyahının da diqqətlə nəzərə alınacağını bildirib:

“Bu, hər zaman belə olub. Prezident hüquq müdafiəçilərinin, Ombudsmanın və digərlərinin müraciətlərini nəzərə alaraq əfv sərəncamı imzalayır. Söhbət kiminsə “siyasi məhbus”, yaxud hansısa ad altında məhkumluğundan getmir. Söhbət ictimai fəal olan şəxslərin azadlığının müzakirəsindən gedir ki, hər zaman Komissiya tərəfindən buna həssas yanaşılır.

Cənab Prezident bir neçə gün əvvəl hüquq müdafiəçiləri - Səadət Bənənyarlı, Sahib Məmmədov, Rauf Zeyni və mənim bloger Mehman Hüseynovla bağlı müraciətimə müsbət cavab verərək, bir daha deyilənləri təsdiqlədi. Ona görə də əminliklə deyə bilərik ki, Prezident bu kimi məsələləri hər zaman diqqət mərkəzində saxlayır”.

Qeyd edək ki, 2018-ci ilin may ayında Cümhuriyyətin 100 illiyilə bağlı Prezident tərəfindən imzalanan böyük əfv sərəncamı ilə 634 cəzadan azad edilib. Onlardan 609 nəfər azadlıqdan məhrumetmə cəzasının qalan hissədindən azad olunub.

Xəbər 1209 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.09.2024  18:40 

Mirça Coane istefa verəcək

03.09.2024  13:03 

Sabahın havası açıqlandı

02.09.2024  11:55 

Hadisənin erotik RƏQSİ -VİDEO

01.09.2024  08:10 

Səsvermə başladı...


BÜTÜN XƏBƏRLƏR +