Ramiz Mehdiyevin qızı illərlə gözlədi - İndi pulun yarısını istəyir
“Sionist İsrail və Şeytan Amerika“ İranı necə xilas etdi?
Özlərini Neftçalada batıranlar... -Vəfa nağılı bitdi
Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu


20.02.2017  18:37 

Azərbaycanın Rusiyadakı səfirliyi vətəndaşlara müraciət etdi





A+  A-

Azərbaycanın Rusiyadakı səfirliyi vətəndaşlara müraciət edib.
XəzərNews.az-ın məlumatına görə, səfirliyin rəsmi səhifəsində dərc olunan müraciətdə deyilir ki, son zamanlar Rusiyada müxtəlif yerlərdə (ticarət obyektləri, hava limanları, dəmir yol və avtobus vağzalları, soydaşlarımızın daha çox məskunlaşdığı ərazilər və s.) mənsubiyyəti bəlli olmayan şəxslər tərəfindən nağd pul müqabilində müxtəlif sənədlərin (şəhadətnamə, arayış və s.) hazırlanıb-verilməsi üzrə xidmətlərin təklif olunması qeydə alınır.
"Səfirlik bir daha izah edir ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, bütün rəsmi sənədlərə görə dövlət rüsumu tutulur. Həmin rüsum səlahiyyətli dövlət orqanı tərəfindən verilən qəbz əsasında yalnız bank ödənişi yolu ilə yerinə yetirilə bilər. Xarici ölkələrdə sözügedən səlahiyyətli orqanlar Azərbaycan Respublikasının səfirlikləri və konsulluqlarıdır", -deyə müraciətdə vurğulanıb.
Müraciətdə bildirilib ki, Rusiyada bu, Moskvada yerləşən səfirlik, eləcə də Sankt-Peterburq və Yekaterinburq şəhərlərindəki Baş Konsulluqlardır: "Burada toplanılan konsulluq haqları hər ayın yekunlarına dair bank köçürülməsi yolu ilə xəzinəyə ödənilir və Azərbaycan dövlətinin mənfəətinə çevrilir.
Digər yerlərdə nağd şəkildə ödənişlərin istənilməsi qanunsuzdur. Bunu təklif edən şəxslər fırıldaqçılardır və onlar insanların etimadından sui-istifadə edirlər. Onların vətəndaşlara verdiyi sənədlər isə saxtadır. Belə sənədlərdən istifadə edilməsi vətəndaşlar üçün ciddi problemlər yarada bilər.
Bununla əlaqədar səfirlik təkrar bəyan edir ki, hər hansı arayış, şəhadətnamənin alınması, rəsmi sorğunun edilməsi və s. məqsədlərlə, yalnız səfirliyə və Baş Konsulluqlara müraciət edib, orada verilən ərizə-anketlərin doldurulması və alınan qəbzlərin bankda ödənilməsi yolu qanuna uyğun hərəkət etmək lazımdır".

Xəbər 1855 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.09.2024  18:40 

Mirça Coane istefa verəcək

03.09.2024  13:03 

Sabahın havası açıqlandı

02.09.2024  11:55 

Hadisənin erotik RƏQSİ -VİDEO

01.09.2024  08:10 

Səsvermə başladı...


BÜTÜN XƏBƏRLƏR +