Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


23.05.2018  12:16 

Səfər Mehdiyev Əbülfəz Məlikovu bitirə biləcəkmi? - ŞOK GƏLİŞMƏ





A+  A-

Artıq neçə müddətdir ki, ölkə mətbuatında bir sıra DGK generallarının məsuliyyətə cəlb olunmağından bəhs edən məlumatlar səngimək bilmir.
Yada salaq ki, bu il aprelin 30-da Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsi əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil dəstə-DGK-nın yüksək vəzifəli şəxslərinin də içində olduğu “dərman mafiyası” ifşa olunub. Üç gün sonra, mayın 3-də isə DGK sədrinin müvafiq əmrinə əsasən Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli məmurları -Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev ,Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Birinci yük şöbəsinin rəisi Araz Məmmədov işdən çıxarılıb. “Dərman mafiyası” üçbucağının bir tərəfində Fikrət Qədiməliyev, digərində Sadiq Abduyev dayanıb. Dərmanlar ölkəyə onların qeyri-rəsmi izni ilə daxil olub, başqa adlar altında rəsmiləşdirilərək ən müxtəlif aptek şəbəkələrinə dağıdılmaqla əhaliyə satılıb. Rəsmi məlumatdan da məlum olduğu kimi, “dərman mafiyası” ilə DGK rəsmiləri qaçaq yolla ölkəyə gətirilən dərman preparatlarına görə 25 faiz haqq alıblar. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Ancaq gəlin bir az keçmişə nəzər salaq. “Dərman məsələsi”ndən əvvəl ölkədə bir ara ən çox gündəmdə olan yağ mövzusu idi. Mətbuatdan bildiyiniz kimi uzun müddət, Broker MMC-nin rəhbəri, “broker Əbülfəz” ləqəbli “Monopoliyalar kralı” Əbülfəz Məlikov qida sektorunu əlinə alaraq ölkəyə idxal olunan yararsız qida məhsulları ilə əhalini zəhərliyirdi. Hamıya məlumdur ki, bahalaşmanın əsas səbəbi gömrük rüsumlarının və vergi dərəcələrinin yüksək olması, o cümlədən monopoliyanın güclü olmasıdır. Bir müddət əvvələcən başqa fiziki və hüquqi şəxslərin Azərbaycana yağ gətirməsinə ciddi maneələr var idi ki, bu da inhisarçılığa yol açan əsas səbəblərdən biridir. Sərhədyanı zonalarda yaşayan əhali belə öz ehtiyaclarını ödəmək üçün qonşu Gürcüstandan və Rusiyadan yağ gətirə bilmir, bunun həcmi ilə bağlı da müəyyən məhdudiyyətlər qoyulurdu. Azərbaycanda kərə yağının istehsalı məhdud çərçivədə olduğu üçün bu məhsul ölkəmizə əsasən Rusiya, Yeni Zelandiya, Avstraliya, Ukrayna və Pribaltika ölkələrindən idxal edilir. Azərbaycanda yaranan bu yağ probleminin əsas baiskarının da kim olduğu məlumdur.

Bu biznes “broker Əbülfəz” kimi tanınan həmin Əbülfəz Məlikovun monopoliyasındadır. Ə. Məlikovun bu “yağ monopoliyası” xalqımıza həm bahalıq səbəbindən , həm də ən əsas sağlamlıq baxımdan çox baha başa gəlir.

Belə ki, mətbuatda bildirilir ki, Məlikovun ölkəyə gətirdiyi yağ məhsullarının içindən tamam başqa qatqılar da çıxır. Həm də Ə.Məlikovun idxal etdiyi yağlar baha olmaqla bərabər onu içinə balina yağı və heyvanların iç piyini qatırlar. “Ölkədə kərə yağlarının dəqiq mükəmməl ekspertizası aparılmır. Uzun müddət ölkədə balina yağı, heyvanın iç yağlarından qatıb, üzərinə “ekoloji cəhətdən təmizdir” yazılmış və kərə yağını imitasiya edən, açanda onun qoxusunu verən “Toplyonoye maslo”, “Novvejskoye maslo” olub. Bunların üzərində inək şəkli vardı. Hətta yerli “Fazil” firması kərə yağını imitasiya edən və tərkibində ümumiyyətlə kərə yağı olmayan kərə yağına bənzər mallar buraxırdı. İnsanlar da bunu kərə yağı kimi alırdı. Xüsusən də dəmir qablarda qablaşdırılmış, açanda kərə yağının qoxusunu verən, hansı ki, bu qoxuya kimyəvi maddələr vasitəsilə nail olunur, onların kərə yağı ilə heç bir əlaqəsi yoxdur.

Ancaq Ə.Məlikovun sayəsində keyfiyyətsiz məhsullar Azərbaycan bazarına buraxılır”,-onun haqda yazılan çoxsaylı yazıların birində deyilir. “Ötən ilin sonlarında isə Azərbaycan cəmiyyətində saxta düyü və saxta yumurta həyəcanı yaşandı. Bu həyəcan özünü sosial şəbəkələrdə paylaşılan foto və videolardan da göstərdi. Hətta bəzi vətəndaşlar marketlərdən aldıqları saxta yumurtaların videosunu paylaşdılar və bunun səbəbini sorğulamağa başladılar. Mətbuat da bu hadisəyə biganə qalmadı və araşdırma zamanı məlum oldu ki, bu və digər saxta, daha doğrusu, sintetik qida məhsulları Çində “istehsal” edilir, daha sonra xarici ölkələrə, o cümlədən də, Rusiya və Azərbaycana ixrac olunur. Dünya mediasının da gəldiyi qənaətə görə, saxta və sintetik məhsulların hansısa ölkəyə idxalı ancaq və ancaq gömrük orqanlarının “dobro”su və “fövqəladə gücə malik olan” işbazların təşkilatçılığı ilə baş tuta bilər. Əks təqdirdə, müxtəlif kimyəvi maddələrdən hazırlanan sintetik qida məhsullarının hansısa ölkəyə, o cümlədən də Azərbaycana daxil olması mümkünsüzdür.

2016-cı ilin dekabr ayında ölkə mətbuatında Azərbaycana idxal olunan saxta düyü və yumurtaların arxasında duran şəxslər kimi Səfər Mehdiyev və Əbülfəz Məlikovun adı hallandı”,-digər yazıda bildirilir.

Belə demək mümkünsə Azərbaycanda inəklərin yağları Ə.Məlikovun “standartlarına” cavab vermədiyi üçün daxili bazara ayaq aça bilməyib.
XəzərNews.az 365İNFO.ORG-a istinadən bildirir ki, görünən odur ki, Ə.Məlikov Prezidentin daxili istehsalın inkişafına dövlət qayğısının artırılması barədə göstərişlərinə əməl etməyib.

Bundan başqa ölkə mətbuatının yazdığına görə “Monopoliya naziri Əbülfəz Məlikov” hər il Azərbaycana , kənd təsərrüfatına milyardlarla ziyan vurub. Ölkə iqtisadiyyatının dirçəlməsində əsas əngəllərdən biri məhz vaxtı ilə “Meyvəli” topdansatış bazasında da “məskunlaşan” və Azərbaycan gömrüyündə monopoliyanın təminatçısı rolunda çıxış edən Əbülfəz Məlikov olub. Əbülfəz Məlikovun sayəsində hər il gömrük əməliyyatları zamanı büdcəyə daxil olmalı olan 5-7 milyard dollar ayrı-ayrı şəxslərin cibinə axıb. Ancaq gömrükdə baş verən korrupsiya haqqında məlumatı olan şəxs isə iddia edir ki, büdcədən yayındırılaraq mənimsənilən vəsait hətta 10 milyard dollardan da çox olub.Təbii ki, bu cür şəraitdə,Əbülfəz Məlikovun fəaliyyəti “sayəsində” ölkənin kənd təsərrüfatına böyük zərbələr dəyib, onun inkişafı ləngiyib.

Sizcə vaxtı ilə Səfər Mehdiyev DGK-nın 1-ci müavini vəzifəsində çalışanda bütün bunlardan məlumatı yox idimi? Var idi… Bunu biz yox, ölkə mətbuatı deyirdi. Ölkə mətbuatı o vaxtlar mütəmadi olaraq yazırdı ki, bu monopoliyanın başında dayanan elə Səfər Mehdiyev özü olub.

Bəlkə də elə buna görə Əbülfəz Məlikovun illər boyu törətdiyi cinayətlərə Səfər Mehdiyev göz yumur və “monopoliyalar kralı” cinayət məsuliyyətinə cəlb olunmur.

Görəsən sabahları Əbülfəz Məlikov da, adı “Dərman mafiyası”nda keçən generallar kimi, ölkəyə zəhərli qida məhsullarının idxalı işi ilə bağlı cinayət məsuliyyətinə cəlb olunsa, o Səfər Mehdiyevdən ifadə verər?

Bizə elə gəlir ki, Əbülfəz Məlikov nəinki bu haqda ifadə verər, hələ çox şey danışar və buna görə də Səfər Mehdiyev onu qoruyaraq oyundan çıxarıb hüquq mühafizə orqanlarının gözündən yayındırmaq istəyir.


Xəbər 3785 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib


BÜTÜN XƏBƏRLƏR +