Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


24.02.2018  16:14 

Azərbaycanda 560 minə yaxın şəxsin sosial müavinəti artırılır





A+  A-

“Azərbaycan Prezidenti İlham Əliyevin “Sosial müavinətlərin məbləğinin artırılması haqqında”, “Beşdən çox uşağı olan qadınlara verilən müavinətin məbləğinin artırılması haqqında” və “Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında” 23 fevral 2018-ci il tarixli Sərəncamları sosial təminat sisteminin gücləndirilməsi, sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının artırılması istiqamətində növbəti addımdır”.
XəzərNews.az bildirir ki, bunu “Qafqazinfo”ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib.

O bildirib ki, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Sərəncamla yaşa görə, ümumi xəstəlik, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar səbəblərdən ümumi səbəbdən əlilliyə görə, ailə başçısını itirməyə görə sosial müavinət alanlara, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, müharibə veteranlarına, aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrdəki 1 yaşınadək uşaqlara, müharibə əlilləri və onlara bərabər tutulanların, şəhid ailələrinin və müddətli hərbi xidmət qulluqçularının uşaqlarına və qanunvericilikdə nəzərdə tutulan digər kateqoriyalara aid şəxslərə təyin olunan aylıq sosial müavinətlərin məbləği 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılacaq.

“Uşağın doğulmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün, dəfn üçün verilən birdəfəlik müavinətlərin də növbəti ayın 1-dən orta hesabla 10 faiz artırılması təmin ediləcək” deyən şöbə müdiri əlavə edib ki, “Beşdən çox uşağı olan qadınlara verilən müavinətin məbləğinin artırılması haqqında” Sərəncam isə beşdən çox uşağı olan qadınların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədinə xidmət edir.

Sərəncama əsasən həmin qadınlara hər bir uşağa görə təyin olunan müavinətin, “Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında” Sərəncamla isə uşağa qulluğa görə onlara verilən müavinətin məbləği növbəti aydan 10 faiz artırılacaq.
Şöbə müdiri vurğulayıb ki, beləliklə, hər üç Sərəncam aylıq və birdəfəlik sosial müavinət alan şəxslərdən ibarət olmaqla, ümumilikdə 560 minə yaxın insana şamil olunacaq.

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunanlara üç yaşınadək uşağa qulluğa, uşağın anadan olmasına görə və dəfn üçün müavinətlər məcburi dövlət sosial sığorta vəsaitləri hesabına, digər sosial müavinətlər isə dövlət büdcəsinin vəsaiti hesabına ödənilir:

“Qeyd olunan sosial müavinətlərə müvafiq artımın edilməsi üçün dövlət büdcəsindən ilin sonunadək təqribən 23,2 milyon manata, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən 1,7 milyon manata qədər əlavə vəsaitin ayrılması təmin olunacaq. Qeyd edim ki, son günlərdə Prezident İlham Əliyev tərəfindən imzalanan Fərman və Sərəncamlarla müharibə əlilləri və şəhid ailələrinə, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə, birinci qrup əlillərə, Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə, 20 Yanvar əlillərinə, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan hərbi qulluqçuların ailələrinə, habelə fərdi və fəxri adlara görə Azərbaycan Respublikasının Prezidentinin təqaüdlərinin də növbəti ayın 1-dən artırılması təmin ediləcək. Azərbaycan Respublikası Prezidentinin ölkədə rifah halının yaxşılaşdırılmasına, müvafiq kateqoriyalardan olan insanların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən Fərman və Sərəncamlarının icrası ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məqsədyönlü işlər görülməsi təmin olunacaq”.

Xəbər 1732 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib


BÜTÜN XƏBƏRLƏR +