06.02.2017 15:50
20 Yanvar dairəsində mütəmadi müşahidə olunan nəqliyyat sıxlığının aradan qaldırılması ilə bağlı Bakı Nəqliyyat Agentliyinin tərəfindən təkliflər hazırlanıb.
Qurumun mətbuat xidmətindən XəzərNews.az-a daxil olan xəbərə görə, təkliflər hazırlanarkən Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri ərazidə kompleks araşdırma aparıb, nəqliyyat axını hərtərəfli təhlil edilib. Layihə çərçivəsində ilkin olaraq Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi 20 yanvar dairəsində müəyyən edilmiş yerlərə sfetoforların qoyulmasını təmin edib.
Bir qismi artıq reallaşan və 20 Yanvar dairəsində nəqliyyat vasitələrinin hərəkətində konflikt nöqtələrinin və ləngimələrin aradan qaldırılmasına səbəb olan həmin təkliflər aşağadakılardır:
1. Dairədə nəqliyyat axınının svetofor vasitəsilə 2 fazalı rejimdə idarə edilməsi;
2. Moskva prospektindən dairəyə daxil olan yolda hərəkət zolaqlarının sayının artırılaraq 6 zolağa çatdırılması;
3. Moskva prospektindən Tbilisi prospekti istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin dairəvi hərəkət hissəsində istiqamətləndirici adacıq yerləşdirməklə Həsən bəy Zərdabi küçəsi vasitəsilə Tbilisi prospektinə yönləndirilməsi;
4. Müzəffər Həsənov küçəsindən dairəyə daxil olan yolun hərəkət istiqamətini tam olaraq dairəvi hərəkət hissəsində istiqamətləndirici adacıq yerləşdirməklə Həsən bəy Zərdabi küçəsinə yönləndirilməsi;
5. Müzəffər Həsənov küçəsindən Həsən bəy Zərdabi küçəsinə yönləndirilmiş nəqliyyat axının dairəyə daxil olmasını təmin etmək məqsədilə Zərdabi küçəsində yolu genişləndirməklə minik avtomobilləri üçün damla tipli, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün yarımdamla tipli geriyə dönmə yerinin təşkil edilməsi;
6. Həsən bəy Zərdabi küçəsindən dairəyə daxil olan nəqliyyat axınının Moskva propsketindən daxil olan axınla qovuşma zolağında istiqamətləndirici adacıq yerləşdirməklə Həsən bəy Zərdabi küçəsindən hərəkət edən nəqliyyat vasitələrinin 3-cü mikrorayon dairəsi istiqamətində yönləndirmək.
|
04.09.2024 14:59
7 ay ərzində Pamukkaleni 1 milyon 700 min turist ziyarət edib
04.09.2024 14:48
20-yə yaxın məmur onunla əlbir olub pulları mənimsəyib - Adlar
04.09.2024 13:02
“Aztelecom”dan şikayət – “Qiyməti qaldırıb, sürət isə bərbad”
04.09.2024 11:58
03.09.2024 18:46
03.09.2024 18:40
03.09.2024 18:30
Ukrayna müharibəsində yeni MƏRHƏLƏ: Putin nüvə silahına əl atacaq?
03.09.2024 15:56
03.09.2024 15:16
03.09.2024 13:07
Ramiz Mehdiyevin qızı illərlə gözlədi - İndi pulun yarısını istəyir
03.09.2024 13:03
03.09.2024 11:54
Erməni qızın Azərbaycan dilində danışması maraq doğurub -Video
03.09.2024 10:02
02.09.2024 18:10
02.09.2024 14:59
02.09.2024 12:32
Surqutda azərbaycanlının qətlini Lotu Qulinin qardaşının adamları törədibmiş -HADİSƏNİN DETALLAR
02.09.2024 11:55
02.09.2024 11:07
01.09.2024 22:23
Saxta jurnalist vəsiqəsindən istifadə halları müəyyən edildi
01.09.2024 18:08
01.09.2024 17:20
Qarabağdakı antiterrordan real döyüş kadrlarıI -EKSKLÜZİV GÖRÜNTÜLƏR
01.09.2024 16:57
01.09.2024 14:13
01.09.2024 13:58
01.09.2024 13:34
01.09.2024 08:10
31.08.2024 16:58
31.08.2024 15:47
Azərbaycanda Yeni Parlament Seçkiləri -Demokratik Gələcəyin Təməli
31.08.2024 14:20
31.08.2024 14:10
30.08.2024 14:50
30.08.2024 13:29