“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı


02.02.2018  15:11 

İran ABŞ-ı hədələdi — “Yumruqla çıxararıq“





A+  A-

İranın dini lideri ayətullah Əli Xameneinin baş müşaviri Əli Əkbər Vilayəti ABŞ-la bağlı yeni açıqlama verib.
XəzərNews.az xəbər verir ki, Əli Əkbər ABŞ-ın Suriyadakı hərbi varlığı üçün "ABŞ ya özü buradan çıxar, ya da biz yumruqla çıxararıq"-deyib.

Məşhəd şəhərində keçirilən konfransda çıxış edən Vilayəti deyib: "ABŞ Suriyanı bölməyə çalışır, amma bunu edə bilməyəcək. ABŞ İraqı bölə bilmədiyi kimi, Suriyanı da bölə bilməyəcək. Fərat çayının şərqində yerləşən ABŞ gec-tez ərazini tərk etməlidir. Əks halda, biz onu yumruqla oradan çıxararıq".
Bununla yanaşı, Vilayəti qeyd edib ki, ABŞ İŞİD terror qruplaşmasını Əfqanıstana köçürür. İran isə buna göz yuma bilməz.

Xəbər 1383 dəfə oxunub.




27.09.2024  15:31 

Millimiz Ermənistanı məğlub etdi


BÜTÜN XƏBƏRLƏR +