Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib


20.08.2018  12:36 

“Melaniya onu boşasa...” - Trampdan təhdid iddiası





A+  A-

Ağ Evin keçmiş müşavirlərindən olan Omarosa Maniqolt ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniyanı ondan boşanacağı təqdirdə intiqam almaqla təhdid etdiyini iddia edib.
XəzərNews.az xəbər verir ki, müşavirlik postundan qovulan Maniqolt öz kitabında Trampın sloveniya əsilli Melaniyanı boşanacağı halda vətəndaşlıqdan çıxarmaqla təhdid etdiyini yazıb.

O, kitabında “Əgər Melaniya prezidentin səlahiyyət müddəti başa çatmadan onu aşağılayacaq hər hansı addım atar və boşanmağa qərar verərsə, Tramp onu cəzalandırmağın bir yolunu tapar” ifadələrinə yer verib.

Eks-müşavir Melaniyanın 1996-cı ildə yüksək istedadlı insanlara verilən “Einstein” (EB-1) vizası ilə ABŞ-a yerləşdiyini və bu vizanı almaqda ona Trampın yardım etdiyini iddia edir.

Maniqolt Melaniyanın vətəndaşlıqdan çıxarılması üçün Trampın viza prosedurunda qanun pozuntusuna yol verildiyini etiraf edəcəyini vurğulayıb.

Xəbər 966 dəfə oxunub.




01.10.2024  18:22 

Sabah bu ərazilərdə su olmayacaq


BÜTÜN XƏBƏRLƏR +