Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək


12.08.2021  16:28 

“Koronavirus sonsuzluğa da səbəb ola bilər”





A+  A-

“Çində aparılmış araşdırmaya əsasən, dünyasını dəyişmiş xəstələrin 30 faizində müəyyən olunub ki, onlar kəskin böyrək çatışmazlığından əziyyət çəkir”.
XəzərNews.az xəbər verir ki, bunu Tibb Universitetinin urologiya kafedrasının doktorantı Araz İbrahimov Səhiyyə Nazirliyinin instaqram səhifəsində canlı yayımda deyib.

O qeyd edib ki, 3-10 faiz xəstələrdə isə ani olaraq kəskin böyrək çatışmazlığı inkişaf edir: “Bunlar hospitalizaiya və ev şəraitində olan xəstələr ola bilər. Yəni böyrək öz funksiyasını yerinə yetirə bilmir. Risk qrupuna daxil olan şəkərli diabet xəstələrinin xəstəliyə görə böyrəklərinin xeyli hissəsi sıradan çıxır. COVİD onları daha da sürətləndirir.

Həmçinin, arterial qan təzyiqi olan və piylənmədən əziyyət çəkən xəstələrimiz də yüksək risk qrupundadır böyrəklər baxımından. Uroloji baxımdan COVİD-in böyrəklərdə təsirlərindən biri də qanaxma verməsi ilə bağlıdır. Bilirik ki, müalicədə ciddi şəkildə qandurulaşdırıcılardan istifadə edirik. Uroloji və onkoloji problemləri olan xəstələrimiz var. Bu qandurulducuların təsirindən bu xəstəlikdə qanaxma riski yüksək olur.

COVİD-in mənfi təsirlərindən biri sonsuzluq verə bilməsi ilə əlaqədardır. Bu da elmi araşdırmalarda əks olunub. Məsələnin həm də psixoloji tərəfi var”.

Xəbər 2398 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.08.2024  15:37 

Tanınmış aktyor vəfat edib -Foto

15.08.2024  15:57 

“İTV” kanalı cərimələnib

13.08.2024  14:51 

Prezident sərəncam imzaladı


BÜTÜN XƏBƏRLƏR +